Yaşlı qadının tam xaric edilmiş qida borusu mədədən düzəldilmiş süni boru ilə əvəzlənib
11 OKTYABR
190

Yaşlı qadının tam xaric edilmiş qida borusu mədədən düzəldilmiş süni boru ilə əvəzlənib

Yaşlı qadının tam xaric edilmiş qida borusu mədədən düzəldilmiş süni boru ilə əvəzlənir
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) daha bir mürəkkəb əməliyyat icra olunub. Belə ki, 84 yaşlı xəstədə tam xaric edilmiş qida borusu mədədən düzəldilmiş, süni boru ilə əvəz edilib.

Əməliyyat ATU TCK-nın laparoskopik-bariatrik cərrahı Aslan Abdullayev tərəfindən icra olunub.

Bu barədə məlumat verən həkim deyib: “Klinikamıza udma aktının pozulması, təkrar qusma və arıqlama şikayətləri ilə müraciət etmiş qadında müayinə zamanı qida borusunun aşağı mənfəzinin 1/3-i tam tutan bədxassəli şiş aşkarlanıb. Digər, mütləq əksgöstərişlərin olmamasını nəzərə alaraq xəstə üzərində kombinə olunmuş torako-laparoskopik-servikotomik üç etaplı ezofaqoektomiya, ezofaqoplastika əməliyyatı icra edilib. Yeddi saat davam edən əməliyyat zamanı ABŞ istehsalı olan birdəfəlik avadanlıqlardan istifadə olunub. Qarın və döş boşluqlarında heç bir kəsik olmadan aparılan əməliyat 8 ədəd troakar portun köməyi ilə aparılıb. Əməliyyatın mürəkkəb və unikal olması da bununla əlaqədardır. Reanimatoloqların gərgin əməyi nəticəsində tədricən xəstənin aktivliyi bərpa edilib. Əməliyyatdan sonrakı 5-ci gün tam aktivləşərək şöbəyə köçürülən xəstə sərbəst qidalanmağa başlayıb. Reabilitasiya müddətinin 10-cu günü rentgen kontrolla kontrastlı udma testi aparılıb, 12 -ci gün isə xəstə kafi vəziyyətdə stasionardan evə yazılıb”.

Müəllif: Op.Dr. Aslan Abdulla

www.100yasha.az

Facebook: https://www.facebook.com/opdraslanabdulla

Instagram: https://www.instagram.com/dr.aslanabdulla

Youtube: https://www.youtube.com/user/alipauk

Əlaqə nömrəsi:  (+99450) 550-88-82  (+99412) 514-40-00

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır