Böyrəklərimizi təbii yollarla nece qoruyaq
11 OKTYABR
608

Böyrəklərimizi təbii yollarla nece qoruyaq

Böyrək bədənin mühüm orqanlarından Böyrəklərimizi təbii yollarla nece qoruyaqbiridir. Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə və başqa orqanların fəaliyyətinin pisləşməsinə gətirib çıxarır. Buna görədə ilk növbədə profilaktik tədbir kimi böyrənin xəstələnməsinin və ya zəiflləməsinin qarşısını almaq məsləhət görülür. Bunun üçün bədən müntəzəm olaraq, lazımi miqdarda maye qəbul etməlidir. Maye işlətmək böyrəyin funksiyasını tənzimləyir. Əsəbi narahatlıq, həyəcanlanmaq, qorxu, təşviş və nigarançılıq qan təzyiqini pozur, bu da böyrəklərin fəaliyyətinə mənfi tə”sir göstərir.
Böyrək narahatlığı hiss edənlər çox yağlı yeməklərdən, duz, yumurta, ədviyyə və sirkə işlətməkdən çəkinməlidirlər. Gavalı böyrəyin işini asanlaşdırır, xurma böyrək yollarını təmizləyir. Qara turp yemək böyrəkdə olan zərərli maddələri və zəhərləri dəff edir.
Böyrək sancması zamanı almanı doğrayıb 0.5L qaynar suya tökür və 2 saat dəmləyirlər. Sonra ona bir qədər şəkər qatıb gündə bundan bir neçə dəfə istifadə edirlər. 
Böyrək ağrısı olanlar 1 həftə limon rejiminə keçməli, hər gün səhər-səhər hamamlandıqdan sonra limonun şirəsini azacıq su qatmaqla içməlidirlər. Ikinci gün 2, üçüncü gün 3 və bu minval ilə yeddinci gün 7 kiçik limonun şirəsini işlədirlər. Ikinci həftə isə hər gün 1 limon azaltmaqla həmin prosesi davam etdirirlər. Böyrəyi xəstə olanlar, adətən çoxlu mə”dən suları, üzüm və qarpız işlədirlər.
Böyrək ağrıları. Turp yemək ağrıları azaldır. Tənək çubuğunu qaynadıb suyunu ilıq halda içmək böyrək və sidik kisəsi ağrılarını sakitləşdirir. Qəliz yeldən olan böyrək və sidik kisəsi ağrısına qarşı şüyüd toxumu işlətmək, yel və maddə ilə müşahidə olunan böyrək ağrısı zamanı şaftalı tumunun yağını içmək faydalıdır. Temperaturla müşayiət olan böyrək və sidik kisəsi sancmasına qarşı pərpərən şirəsi içmək münasibdir. Şirin badam yağı yemək böyrək ağrısını kəsir, soyuqdan olan böyrək ağrısı üçün turunc yağı yemək və ya sürtmək yaxşı tə”sir göstərir.
Böyrək daşı. Bu zaman mə”də yumşaldıcı şeylər yemək, hamama getmək müalicəni səmərələşdirir.
Yarpız, şüyüd, razyana, xiyar, mərəçüyüd, zirə böyrək daşının narçalanmasına kömək edir. Əməköməci yarpağını qaynadıb bal və inək yağı ilə yemək daşı öz yerindən tərpədir. Daş qırıntıları çıxandan sonra çobanyastığı, xəşəmbül və gülxətmini qaynadıb onların suyunda çimmək, beli və böyrək nahiyəsini şüyüd yağı ilə yağlamaq tövsiyə edilir.
Göy lobya qabığının suyundan ilıq halda ac qarına 1 fincan içmək, böyrək daşı və sidik tutulması hallarında məsləhət görülür.
Böyrək daşının müalicəsi üçün şalğam toxumunu döyüb, dəmləyərək işlədirlər. Həmçinin bu zaman zirinc ağacının kökündən 20–25q götürüb, 0.5L soyuq suda 10 – 15 dəq isladıb, sonra odda qaynadırlar. Daha sonra süzüb, şirin olmaq üçün ona azca şəkər qatır, hər yemək vaxtı 1 fincan içirlər.
Adi müalicə tədbirlərindən biri də hər gün xörəkdən xeyli əvvəl 1 fincan üzüm şirəsi içməkdir. Səhərlər acqarına yerkökü şirəsi içmək sidikqovucu tə”sirə malikdir və böyrək daşının müalicəsi üçün faydalıdır. Belə xəstəliyi olan adamların zeytun yağı, pərpərən, kərəviz, yemiş yemək məsləhətdir, ispanaq isə zərərdir. 
Böyrək daşının əriməsi üçün göyrüş (vən) ağacının qurudulmuş çiçəyindən 1L suda 25–30q dəmləyib içirlər. Bu həm də sidikqovucudur. Böyrəklərdə qum və ya daş olarsa çoxlu portağal şirəsi işlətmək masləhətdir.
 

Müəllif: Dr. AygünSəlimova

Əlaqənömrəsi: +994705188881

Sosial: Dr.Aygun_Selimova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır