Pielonefrit - Böyrəklərdə iltihab
12 OKTYABR 2018
519

Pielonefrit - Böyrəklərdə iltihab

Pielonefrit – bakterial infeksiya fonunda böyrəklərdə iltihabi prosesin əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir.
Patoloji mikroorqanizmlər böyrəklərə orqanizmdəki qan dövranı ilə digər orqan və toxumalardan (karioz dişlərdən, frunkuldan, uşaqlıq və ya onun artımlarında olan iltihab ocağından, bağırsaqlardan, ağ ciyərdən və s.) keçə bilər.
İnfeksiya böyrəklərə həmçinin sidik axarları vasitəsi ilə sidik kisəsindən, uretradan (sidik kanalı), prostat vəzidən (kişilərdə) də ötürülə bilər. Məhz buna görə həkimlər hər zaman bədəndə olan infeksiyaların vaxtında müalicə olunmasını təkid edirlər.
Pielonefrit – insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən xəstəliklərdəndir. Qadınlar bu xəstəliklə kişilərə nisbətən daha çox xəstələnirlər. Bu əsasən qadınların anatomik bədən quruluşu ilə izah olunur. Belə ki, qadınlarda sidik kanalının uzunluğu kişilərə nisbətən xeyli qısadır və o, anal dəlik və uşaqlıq yolunun bilavasitə yaxınlığında yerləşir ki, bu da infeksiyanın uretraya keçmə ehtimalını xeyli artırır.
Pielonefrit – bir və ya ikitərəfli ola bilər, bir və ya hər iki böyrəyi zədələyə bilər. Əksər hallarda pielonefrit birtərəfli olur.

Müəllif: Dr. AygünSəlimova

Əlaqənömrəsi: +994705188881

Sosial: Dr.Aygun_Selimova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır