Xərçəng şübhəsi olanlar bu xəbəri oxusun - Araz Bayramov
14 OKTYABR
697

Xərçəng şübhəsi olanlar bu xəbəri oxusun - Araz Bayramov

Kişilərdə bütün sidik cinsiyyət sistemi orqanları içində, sidik kisəsi ən çox zədələnməyə məruz qalan orqandır. Sidik kisəsinin şişləri ümumi bədxassəli şişlərin 3%-ni, sidik cinsiyyət üzvləri şişlərinin isə 30-50 % -ni təşkil edir. Kişilərdə qadınlardan 3-4 dəfə çox görünür. Daha çox 40-60 yaşlarda rast gəlinir. Sidik kisəsinin şişləri, siqaret çəkmə, kimyəvi və bioloji konserogenlərin təsiri ilə bağlılığa malikdir.

Amerikada aparılan araşdırmaların nəticəsinə görə, siqaret çəkmək digər xəstəliklərdə olduğu kimi, şiş xəstəliklərində, xüsusən ağciyər, qırtlaq və sidik kisəsi şişlərində vacib rol oynayır.

Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Bakı Klinikası Cərrahiyyə şöbəsinin müdiri, Fransa təhsilli uzman, uroloq-androloq-cərrah Araz Bayramovun sözlərinə görə, hər 10 siqaret çəkəndən birində gələcəkdə sidik kisəsi poliplərinə rast gəlinir: “Söhbət təkcə sidik kisəsi şişlərindən gedir. Digər orqanlarda olan şişləri də bu sıraya aid etsək, siqaretin gələcəkdə xərçəng yaratmaq ehtimalı daha da artır. Heç şübhəsiz bədxassəli şişlər ilkin olaraq xoşxassəli şişlər, yəni poliplər formasında ortaya çıxır. Özü də ilkin dövrlərdə heç bir ağrı hiss olunmur. Bir müddət sonra isə sidikdə qanla özünü büruzə verir. Əksər hallarda xəstələr həkimə müraciət etdikdə, gecikməyə yol verirlər və bu da öz növbəsində müəyən risklərə yol açır. Əgər hər hansı xəstə tez-tez sidiyə getmə, yalançı sidiyə getmə hissiyatlarını özündə hiss edirsə, bəlkələrə güvənmək lazım deyil. Dərhal həkimə müraciət olunmalıdır”.

Gəncləri xüsusi olaraq siqaret çəkmək vərdişindən uzaq olmağa çağıran Araz Bayramov qeyd edir ki, aparılan araşdırmalar təsdiq edir ki, siqaret sidik kisəsi şişlərinin yaranmasında əsas amildir: “Sidik kisəsinin urotelial şişləri ilk öncə selikli qişadan başlayır, sidiyin rənginin tündləşməsi ilə davam edir və sidik kisəsinin əzələ qişasına keçənə qədər tam kəsiksiz, endoskopik yolla, plazma-kinetik üsulla rezeksiya olunaraq çıxarılır. Çıxarılan hissələr histoloji müayinəyə təqdim olunur. Əksər hallarda xəstələr bu əməliyyatdan sonra pəhriz rejimində olarsa və siqaret çəkməzsə, yenidən xərçəngə tutulma riskindən azad olur. Yox əgər şiş sidik kisəsinin əzələ qişasına keçibsə, yəni gecikmiş vəziyyətdə uroloqa müraciət olunubsa, bu halda sidik kisəsi tamamilə götürülür və xəstə qeyri-təbii yolla sidiyə çıxır. Amma bu vəziyyətdə də ümidsizləşməyə dəyməz. Hazırda bizim klinikada Avropa standartlarına uyğun şəkildə, tam kəsiksiz, endoskopik yolla, plazma-kinetik üsulla rezeksiya olunaraq, sidik kisəsi şişləri əməliyyat olunur”.

Siqaret çəkməyin digər fəsadlarından danışan uzman-uroloq-androloq bildirdi ki, siqaret həm də kişilərin cinsi fəaliyyətini pozaraq, kişi sonsuzluğuna səbəb olur: “Xüsusən gənclərdə cinsi aktivliyi azaldır ki, erkən boşalma, spermanın aktivlik faizinin düşməsi və digər cinsi zəifliklərə gətirib çıxarır”.

Xatırladaq ki, Araz Bayramov Avropada təhsil alıb, bir müddət Fransada ən məşhur xəstəxana olan – Eduard Herriot adına Mərkəzi Xəstəxanada uzman-cərrah kimi fəaliyyət göstərib. Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü olan Dr. Araz Bayramov eyni zamanda ölkənin aparıcı klinikalarında, Mərkəzi Gömrük Hospitalı, Oksigen klinikası və MTN-nin hərbi hospitalında çalışıb. Hazırda Medica Hospitalda Baş Həkim Vəzifəsində çalışır və dəfələrlə Avropada beynəlxalq ali tibb mükafatları ilə təltif olunub.

Müəllif: Dr. ArazBayramov

http://www.draraz.com/

https://www.facebook.com/uroloqandroloqdr.arazbayramov

FransatəhsilliUroloqAndroloqDr. ArazBayramovlagörüşgötürməküçün:

Əlaqənömrəsi: (+99455) 255-55-45

Whatsapp : (+99450) 234 55 60

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır