Üç yaşlı uşaq böyrək daşından necə azad oldu?
17 OKTYABR
292

Üç yaşlı uşaq böyrək daşından necə azad oldu?

Azərbaycanın tanınmış uroloqlarından olan, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, uzman Dr. Araz Bayramov Azərbaycan səhiyyəsi üçün yenilik sayılan daha bir ilkə imza atıb.

1,5 sm-lik sidik axarı daşından əziyyət çəkən 3 yaşlı Əliyev Ayxan Eldəniz oğlu uzman Dr. Araz Bayramov tərəfindən heç bir ağrı, stress olmadan 15 dəqiqə ərzində holmium-lazerlə müalicə olunub və uşaq aylardır onu narahat edən sidik axarı daşından xilas olub.

Qeyd edək ki, sidik axarı daşı böyrəkdə kəsə-ləyən sisteminin böyüməsinə və hidronefroza, nəticə etibarilə böyəryin itirilməsinə səbəb ola bilər.

Bu Azərbaycanda ən qısa zaman ərzində həyata keçirilən ilk belə uşaq əməliyyatıdır.

Xatırladaq ki, Araz Bayramov Avropada təhsil alıb və Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib.

ABŞ-ın məşhur “American”, “Klivlend” klinikaları ilə əməkdaşlıq edən uzman Dr. Araz Bayramov hazırda MTN-nin Hospitalı və “Baku Clinic”də böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.

İlk dəfə olaraq ölkəmizdə hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır