Beynimizi dincəltmək üçün nə edək? - HƏKİM MƏSLƏHƏTİ
16 OKTYABR
299

Beynimizi dincəltmək üçün nə edək? - HƏKİM MƏSLƏHƏTİ

Mütəxəssislər bildirir ki, beyin məqsədə uyğun dincəldikdə istirahət edir. Şəhər və iş həyatından qısa bir müddət belə, uzaqlaşmaq bədənimiz qədər beynimiz üçün də çox faydalıdır. Bütün il boyuetdiklərinizi, yığılan işləri tətil planlarınıza daxil etməyin. Əks halda beyin bir işdən digərinə istiqamətlənər və bu, beynin istirahət etməsindən çox, yorulmasına səbəb olar. Türkiyəli nevroloq Mehmet Yavuz bildirir ki, ildə ən az on gün istirahət etmək yenilənmə və təmizlənmə üçün mütləq lazımdır. Kompüterimizdə yığılan e-poçtu yaddaş dolduqda təmizləmək məcburiyyətində olduğumuz kimi, tətili də yalnız iş mühitindən uzaqlaşaraq etmək lazımdır. Bu müddət ərzində beynimizi işğal edən mənfi düşüncələri də təmizləməyə çalışmalıyıq. İnsan beynini təmizləmək üçün mütəxəssisin məsləhətlərini təqdim edirik.

Mütəxəssis yay ayları günlərində yorulan beynin istirahət etməsi üçün ən yaxşı yolun tətilə çıxmaq olduğunu vurğulayır. O, insanın ruh halının mövsümlərə əsasən təsirləndiyini deyir: "İsti və günəşli hava ruhumuza müsbət istiqamət, soyuq isə əksinə, mənfi istiqamətdə təsir edir. Günəşli havada melatonin deyilən maddə beyində serotonini xəbərdar edir. Xoşbəxtlik hormonu adlandırılan serotonin, günəş işığının çox olduğu aylarda daha çox sekresiyalandığı üçün insanların özlərini xoşbəxt hiss etmələrinə səbəb olur. Gərgin və stressli bir iş tempindən sonra tətildə günəşlə dənizin bir arada olması beynin istirahət etməsi üçün fürsətdir. Bunun sayəsində beynimiz iş həyatının stressindən uzaqlaşar, pozulan ruh halımız yüksələr".

M. Yavuz daha sağlam bir beyin üçün yeyilməsi lazım olan qidalardan da bəhs edib. O, istirahət etmək üçün qidalanmanı bu cür sıralayıb:

B vitamini: Bu vitamin ət, balıq, yağsız süd, qatıq, banan, yaşıl yarpaqlı tərəvəzlər və qoz. Bu vitaminlər çatışmadıqda beyin və beynin əmrlərini tətbiq edən sinir sistemi zədələnir. Xüsusilə orta yaşda əl və ayaqlarda keyimə və iynələnilmə müşahidə edilir.

E vitamini: Kök, ispanaq, çiyələk, qoz, badam, pomidor, tünd yarpaqlı yaşıl tərəvəzlər, yer fındığı və bitki mənşəli yağlar. Bu vitaminlər olmadıqda balanssızlıq, qüvvət itkisi, əl və ayaqlarda duyğu qüsuru meydana gəlir.

A vitamini: Balıq yağı, kərə yağı, yumurta sarısı, kök, kartof və ərik. Bunların əskikliyi zamanı görmə qüsuru meydana gəlir.

D vitamini: Qaraciyər, balıq, yumurta, kərə yağı və göbələk. Bu vitamindən bədənin faydalana bilməsi üçün günəş işığı lazımdır. D vitamini olmadıqda oynaq ağrıları, əzələlərdə qüvvət itkisi və balanssızlıq baş verir.

Karbohidratlar: Unlu məmulatlar, paxlalılar, kartof, banan və alma karbohidrat baxımından zəngindir. Bundan başqa, balıq yağlarında Omega-6 da var. Bu yağlar yaddaşsızlıq və konsentrasiya pozuqluğuna son dərəcə yaxşı təsir edir.

Zülallar: Bədəndə zülal toplanmır. Buna görə də orta yaşda kifayət qədər zülal olmadıqda yaddaş zəifləyir və bədən müqavimətini itirir.

Tətildə beynimizi istirahət etdirmək üçün...

Tətildə televiziya izləməməyi təklif edən M. Yavuz bu zaman beynin sağ hissəsinin passiv qaldığı üçün tənbəlləşdiyini deyir. Tətilə gedərkən mütləq kitab götürün. Kitab oxumaq sol tərəfdə təqib edilən və qavramaq anlayışlarının inkişafına səbəb olur. Kitab oxuma beynin sağ və sol lobunu eyni anda işlədir, zehnimizi davamlı olaraq aktiv saxlayır.

* Vaxt tapdıqca intellektual oyunlar oynamağa və "puzzle" həll etməyə çalışın. "Puzzle" həll etmək beyin üçün ən yaxşı məşqdir.

* Şəkil çəkməyi təcrübədən keçirə bilərsiniz. Şəkil çəkmək beynimizin sağ lobunu inkişaf etdirir.

* Tətildə idmana mütləq vaxt ayırın. Aktiv olaraq idman etmək beynin dinc və güclü qalmasını təmin edir.

* Yuxu beyni gücləndirir. Keyfiyyətli yuxu gümrah bir bədənə sahib olmağınızı təmin edər, beynin də daha dinc olmasına səbəb olar.

* Bol su için. Su içmək bədənin digər orqanları qədər beyin üçün də çox əhəmiyyətlidir. Xüsusilə orta və irəli yaşda su azlığı beyin funksiyalarını yavaşladır, şüur ​​bulanıqlığı və unutqanlığa səbəb olur. Bu vəziyyətdən təsirlənməmək üçün gündə 1.5 litr su içmək məsləhətdir.

* Beyninizi detoks etmək üçün bol musiqi dinləyin. Xüsusilə klassik musiqi beyninin istirahət etməsi üçün ən ideal seçimdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır