Sən demə, yemək və içki vərdişlərimizin hamısı YANLIŞ İMİŞ - Anri Şeno HƏR ŞEYİ AÇDI
18 OKTYABR
318

Sən demə, yemək və içki vərdişlərimizin hamısı YANLIŞ İMİŞ - Anri Şeno HƏR ŞEYİ AÇDI

Sağlam qidalanma üzrə mütəxəssis Anri Şeno insanlara düzgün qidalanma haqqında məsləhətlər verən və buna görə pul alan adi dietoloq deyil. O, insan sağlamlığı və uzunömürlülük məsələləri ilə məşğul olan dünya şöhrətli ciddi alimdir və bu barədə çoxlu kitablar yazıb. Çin təbabətinin tədqiqatçısı, bioenergetika psixoloqu və naturopatiya (təbii tibb elmi - təbabət) ilə məşğul olan Anri Şeno insan orqanizmində baş verən dəyişiklikləri, bioloji prosesləri araşdırması nəticəsində biontologiya elminin əsasını qoyub.

Anri Şenonun ən ali məqsədi insanlara yardım etmək, sağlam həyat tərzini dünyaya yaymaq və insanları zərərli qidalanma nəticəsində yaranmış xəstəliklərdən xilas etmək, dolayısı ilə bəşəriyyətin xoşbəxt gələcəyinə nail olmaqdır.

Monako şahzadəsi, Qətər əmiri, "Fendi" klanının bütün üzvləri, bütün dünya biznes-elitası, Luçano Pavarotti, bir çox görkəmli siyasi və ictimai xadimlər öz sağlamlığını Anri Şeno üsulları ilə qoruyur.

Milli.Az Anri Şenonun Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edir:

- Səhər yeməyinizin menyusunu nə təşkil edir?

- Yaşıl çay və meyvələr.

- Elə bu? Doğrudanmı, meyvə sizin kimi kişiyə bütün günü işləmək üçün kifayət qədər enerji verir?

- Səhərlər orqanizm zəhərli maddələrin xaric olunmasına köklənib, odur ki, onu çətin həzm olunan qidalarla yükləmək lazım deyil.

- Ümumiyyətlə, qida cədvəliniz necədir?

- Səhər saat 6-da meyvələrlə qidalanıram, saat birdə nahar edir, 8-də şam edirəm. Səhər saat 11-də və axşam saat 5-də az meyvə yeyirəm.

- Sizin üçün enerji nədir?

- İnsan həmişə 37 dərəcə temperaturda yaşayır. Və ən vacibi bu enerji səviyyəsini saxlamaqdır. Qida qəbul edilməsi enerji istehsalına kömək etməlidir. Amma çox yemək əks nəticəyə - onun kəskin düşməsinə gətirib çıxarır.

- Məsələn, mən bütün gün ərzində zehni işlə və oturaq rejimdə çalışıram. Səhərlər mənə yeməyə nə məsləhət görürsünüz?

- Meyvə və yaşıl çay.

- Bu, universal reseptdir?

- Əlbəttə. Günorta daha ağır nəsə yemək olar. Siz adətən səhər yeməyində nə yeyirsiniz?

- Mövsümdən asılı olaraq dəyişir. Yayda adətən sadəcə südlü qəhvə.

- Südlə!? Bilirsiniz ki, meyitlərin mədəsi yarılarkən nə çıxır? Həzm olunmamış südlü qəhvə. Bu iki məhsul tamamilə ziddiyyətlidir. Qəhvə bütövlükdə faydalı deyil, amma sevirsinizsə, onda yalnız espresso, ya da ristrettoya üstünlük verin. Və yalnız yeməkdən sonra.

- Bəs amerikano?

- Yox, bu, çöküntüdür. Qəhvə möhkəm və az olmalıdır.

- Bəs sıyıqlar haqqında nə deyə bilərsiniz?

- Taxıllar səhər yeməyi üçün özü bir ideyadır. Lakin onları naharda yemək daha yaxşıdır. Ümumiyyətlə sağlam qidalanmaq karbohidratların miqdarını azaltmağı öyrənməklə başlayır.

- Yoqurt haqqında hansı fikirdərsiniz?

- Burada laktoz intoleransı ilə diqqətli olmaq lazımdır. Əlbəttə ki, bu fərdi bir sualdır və hər kəsin bir sıra məhsullara dözümsüzlüyü fərqlidir, lakin müasir dünyada, insanların əksəriyyətində laktoza qarşı dözümsüzlük aşkar olunur.

- Axı niyə? Süd ən təbii məhsul növü deyilmi?

- Birincisi, bu, belə deyil. İndi ən azından Avropada qadınların çoxu işlədiyi üçün uşaqları əmizdirmək gücünə malik deyil. Ümumilikdə isə bu, faciə deyil. Uşağın öz immunitetini inkişaf etdirmək üçün 3 ay ana südünə ehtiyac duyur. Və yalnız bu müddət ərzində ana südü uşağın həyatında vacib elementdir. Yetkinlik yaşına çatanlar üçün işə yaramır. Əksinə, bu, tamamilə yararsızdır. Xüsusilə dişlər üçün.

- Demək istəyirsiniz ki, qatıqdan imtina etməliyik?

- Laktozsuz yoqurt seçə bilərsiniz.

- Şirniyyatlar barədə hansı qənaətdəsiniz?

- Qanda şəkərin normal səviyyəsi var. Tort yedikdən sonra şəkər səviyyəsi kəskin şəkildə yüksəlir. Və sonra sürətlə aşağı düşür. Şirniyyat yedikdə bu proses bütün gün belə davam edir. Bir aydan sonra sapmalar başlayır və onların düzəlməsi zaman məsələsidir.

Burada ən əhəmiyyətli şey tort, koka-kola və digər karbonhidrat istəyinin beyin tərəfindən göndərildiyini anlamaqdır. Bəli, bədənin şəkərə ehtiyacı var. Lakin bu, koka-kola və kruasan səviyyəsində deyil. Sadəcə öz beyninə düzgün əmrlər yollamağı və onlara düzgün reaksiya verməyi öyrətmək lazımdır.

- Bəs buna necə nail olmaq mümkündür? Fikrin gücü və autotreninqlə (Autogenik təlim - stress nəticəsində insan orqanizminin homeostatik mexanizmlərinin dinamik balansının bərpasına yönəlmiş psixoterapevtik bir üsuldur)?

- Əlbəttə ki, şüurlu şəkildə, amma ən önəmlisi diqqətlə çeynəməkdir. Əgər siz yeməyi çeynəmirsinizsə, həzm prosesində beynin nə yediyinizi müəyyən etməyə zamanı və imkanı yoxdur.

- Texniki cəhətdən hər şey aydındır. Bəs vərdişlərinizi dəyişməyə özünüzü necə məcbur edirsiniz? Bilirsiniz ki, onları dəyişmək çox çətindir.

- Vərdişləri dəyişmək üçün qarşıya qoyulmuş hədəfin olmalıdır. Yeri gəlmişkən, bu, sizin üçün çox aktualdır. Siz qırmızı növə aid edilirsiniz. Müvafiq olaraq, zəif tərəfiniz - yoğun bağırsaqlardır. Əgər yeməyi diqqətlə çeynəməsəniz, bədəndə şişkinlik əmələ gələcək.

- Nədən bildiniz ki, qırmızı tipə aidəm?

- 41 yaşından insanları müayinə edirəm.

- Ümumiyyətlə niyə dietologiya ilə məşğul olmağa qərar verdiniz? Bu, adətən kişi peşəsi sayılmır.

- Kəndli ailəsində böyümüşəm. Müharibə dövründə frankistlər (dini hərəkat) katalon olduğu üçün ailəmin 80 faizini qırıb, məni babam böyüdüb. Ən böyük nəvə olduğumdan evin təsərrüfat işləri ilə məşğul olmaq mənim öhdəmə düşürdü. İbtidai sinfi bitirdikdən sonra babam qənaətə gəldi ki, bu qədər təhsil kifayətdir və məni tarlaya göndərmək vaxtı gəlib. Amma oxumağa davam edirdim. Babamsa razı deyildi. Bu zaman ona "Yaxşı, bütün bayramlar sizin üçün işləyəcəyəm. Ancaq bunun üçün mənə pul ödəyəcəksiniz" dedim. Və biz beləcə yaşadıq.

Kollecdən sonra Əlcəzairə hərbi xidmətə yollandım və orada anladım ki, biologiya elminə böyük həvəsim var. Xüsusilə dəniz biologiyası ilə maraqlanırdım. Sonra geri döndüm və məzun oldum. Bir gün anamın salonunun qapısında bio-estetika üzrə mühazirə haqqında bir elan gördüm və oraya baş çəkmək qərarına gəldim. Məruzənin sonunda ayağa qalxıb məruzəçini sual atəşinə tutdum. Növbəti gün təşkilatçı məni çağırdı və söylədi ki, hər kəs mənim məruzələrimi dinləmək istəyir. Əvvəlcə imtina etdim və heç bir mühazirə vermədiyimi dedim, sonra razılaşdım, nəticədə işə ehtiyacım vardı və onlar mənə pul ödəməyə hazır idi. Beləliklə mühazirə deməyə başladım. Daha sonra fitokosmetika istehsalı ilə məşğul oldum və Kannda profilaktik tibb üzrə ixtisaslaşan klinika açdım. Bir səhər huşumu itirdim. Gözlərimi Parisdə bir xəstəxanada açdım. Həkim dedi ki, sən tükənmisən, istirahət etməlisən. Sonra məni təyyarə ilə Sardinyaya yolladılar. İki həftə orada qaldım, diqqətlə düşündüm və başa düşdüm ki, bütün bunları atmağın vaxtı gəlib.

 

- Niyə?

- Çünki öz yolumla getmirdim və güclə yaşayırdım. Və əgər, həmin tempdə davam etsəydim, çox yaşamazdım. Özümü itirmişdim və bundan sonra nə etməli olduğunu bilmirdim.

Bir dəfə xəstəm olan böyük italyan nəşriyyatının naşiri müalicə zamanı məndən soruşdu ki, nəyə görə onun üçün kitab yazmıram. Və mən "Enerji pəhrizi" adlı ilk kitabımı yazmağa qərar verdim.

- Dietologiyaya maraq haradan yarandı?

- Yemək insanın zəruri ehtiyacıdır. Yeməsən, öləcəksən. Az qalsın çox işləməkdən öləcəkdim, həyatla ölüm arasındakı incə xətti hiss etdim. Bundan sonra profilaktik səhiyyə xidmətinə qədəm qoydum.

Burada əsas qollar - qidaların və havanın keyfiyyətidir. "Palace Merano" və "Espace Henri Chenot" belə yarandı.

- Sizi dietologiyada ustad adlandırırlar. Sizin üsulun populyarlığının sirri nədədir?

- Əgər bununla adi insanlar məşğul olsa, üsul heç kimə kömək etməyəcək. 40 ildir klinikada işləyirəm. Əməkdaşlarım arasında bütün bu 40 il ərzində mənimlə çalışan insanlar var. Klinikanın nəzdində isə əməkdaşlar hazırladığımız məktəb var.

Bizim əsas məqsədimiz bədənin bütün hüceyrələrinin bir-biri ilə harmoniyada olduğu, həyat enerjisi ilə dolu və tam funksional gümrah bir bədən ilə təmin etməkdir. İllər boyunca, bu prinsip bizi qısa zaman müddətində tətbiq olunan güclü müalicə protokollarının unikal təsirini yaratmağa imkan verdi. Bu unikal metodlar bədəni toksinlərdən təmizlənmək, qidalandırıcı maddələri mənimsəmək, tonus və enerji səviyyəsini artırmaq və uzunmüddətli fizioloji faydaları balanslaşdırmaq üçün stimulyasiya edir. Bu nəticələr, həyat tərzini fərdi ehtiyaclara uyğun olaraq dəyişdikdə daha effektiv olur.

Anri Şeno üsulu ət, süd, spritli içki, qəhvə və yumurtanı istisna edən xüsusi pəhrizlə enerji nöqtələrinin və meredianlar, spa prosedurlardan ibarət masajı özündə ehtiva edir. Bu üsul zehni, mənəviyyatı ətalətli italyan bədii sənətinə qovuşdurur.

- Belə həyata hazır deyiləm, qamburger yeyirəm, şərab içirəm və siqaret çəkirəm. Mən orada ağlımı itirərəm.

- Bu, vaxt məsələsidir. Mən də siqaret çəkirdim, özü də gündə iki qutu.

- Və necə atdınız?

- Çox sadəcə. Özümə dedim ki, daha siqaret çəkməyəcəksən. Onda 35 yaşım var idi və mən çox gözəl başa düşürdüm ki, gələcəkdə daha da pis olacaq. Amma "Palace Merano" da papiros çəkmək üçün otaq var.

- Bəs spirtli içkilər?

- Bir gecəyə bir şüşə bitirmək? Bu, əslində problemlərinizin əsl səbəbi barədə düşünməyə əsas verir. Çətin ki, bu, maddiyyatla bağlı olsun, söhbət emosiyalardan gedir. Əgər bir qədər qırmızı şərab olarsa, niyə də yox? Bu faydalıdır. Özüm şərab həvəskarıyam və gündə bir qədəh şərab içirəm. Ancaq şərabı heç vaxt yeməklə birlikdə içmirəm. Çünki onları qarışdırmaq düzgün deyil. Sən qidanı çeynəməmiş udursan. Odur ki, şam yeməyi zamanı içki içən insanlar qidaları çeynəmədiyi üçün doymur və daha çox yeməyə başlayır.

- Bəlkə, onlar sadəcə həzz xatirinə içirlər?

- Həzz incəlikdir. Onu yalnız şərabı dadaraq duymaq olar. Bundan sonra sərxoşluq başlayır.

- Sizin rasion məhdudiyyətlərdən ibarətdir.

- Yox, sadəcə olaraq nə istədiyimi dəqiq bilirəm. Yemək yeyərək qida ilə bağlı olmayan emosiyalarımı acizləşdirmirəm.

- Belə çıxır ki, sizin üsul qida ətrafında cəmləşmiş psixoterapiyadır?

- Mən belə deməzdim. Psixoterapiyanı öyrənmişəm, amma ona bir o qədər də etibar etmirəm. İnsanların dincəlmək ehtiyacından başqa, lazımdır ki, onlara kömək edək. Nəzəriyyəyə əsasən hamımız mükəmməlik. Hər səhər dururam, güzgüyə yaxınlaşıb özümə 10 ballıq sistemlə 10 verirəm. Axşam isə yekun vururam günə, gün ərzində yol verdiyim səhvlərə görə balımı aşağı salıram.

- Hansı səhvlərə?

- Eqoizm və səbirli davranmadığıma görə. Bilirsiniz, bir qayda var. Hamımız bir Torpaqda yaşayırıq, biz hamımız onun qanunlarına tabeyik, xüsusilə günün ritminə. İllər keçdikcə orqanizmin bütün funksiyaları ləngiyir. 35 yaşdan sonra fəal həyati funksiyalar azalmağa başlayır, ilk növbədə həzm yavaşlayır. Əgər 71 yaşımda 20 yaşındakı kimi qidalansaydım, indi yaşamaq şansım yox idi.

- Maraqlıdır, dünyanın ən məşhur dietoloqu 20 yaşında necə qidalanırdı?

- Liseydən sonra Tuluza şəhərindən Parisə köçdüm. Gəncliyimin ən çılğın illəri orada keçib. Conni Hollidlə həmyaşıd və bir çox məsələdə həmfikir idik. Fransızlar - əsl irqçidir, biz isə fransız mətbəxini heç vaxt sevməzdik. Əsasən Katalon və ya Tuluza restoranlarını gəzirdik. Cürbəcür yeməklər əsasən ətli paxla sifariş verir və çox şərab içirdik.

- Dəlisov illər nə zaman başa çatdı?

- İtaliyada mühazirələr oxuyurdum və bir qız otaqda mənimlə üzbəüz oturmuşdu. Dedi ki, dostum ondan mənə salam çatdırmağı xahiş edib. Onu şam yeməyinə dəvət etdim, üç saat sonra isə başa düşdüm ki, ondan ayrılmağa hazır deyiləm. Bax, beləliklə də hər şey bitdi... Artıq 35 yaşdan sonra yeni həyat başladı.

- Yemək bişirməyi sevirsiniz?

- Yox, mətbəx həyat yoldaşımın tabeçiliyindədir. "Palace Merano"da yeməklərin menyusundan xanımım Dominik cavabdehlik daşıyır. Spagetti və ya rizotto hazırlaya bilərəm, amma bütövlükdə bu ərazi məni özünə çəkmir. Əvəzində bazara getməyi çox sevirəm. Balıq, tərəvəz və meyvə seçimi prosesi xoşuma gəlir.

- Həyatda nədən zövq alırsınız?

- Deyəsən, daha çox işdən zövq alıram. Və sadəcə klinikada deyil. Elmi məqalələr və kitablar yazıram. Sözsüz ki, ailəmdən də. Dominiklə iki uşağımız var. Oğlum San-Fransiskoda yaşayır. Nikola çox rasionaldır və müəyyən dərəcədə mənim yolumla gedir, o, kosmetika istehsalı ilə məşğul olur və SPA mərkəzi açıb. Qızım Karolin isə rəssamdır, o, Luqano şəhərində yaşayır.

- Moskva xoşunuza gəlir?

- Bəli, o, mədəni baxımdan məni həmişə maraqlandırırdı. İndi isə xəstələrimin 30 faizi ruslardır. Moskvaya ilk dəfə 30 il əvvəl gəlmişəm, onda Rusiyada xaricilər üçün sadəcə bir hotel var idi. Həmin vaxt biz Dominiklə hələ rəsmən evli deyildik. Mehmanxanaya gələndə növbətçi pasportumuza baxdıqdan sonra ciddi səslə soruşdu: "Subaysınız? Onda sizə bir nömrə verə bilmərəm". Beləliklə də özüm üçün Moskvanı öyrənməyə başladım.

- Ümumilikdə çox səyahət edirsiniz?

- Yorulmuşam. Çox səyahət edirəm, indi evdə vaxt keçirmək daha çox xoşuma gəlir. İstanbulda da çox xoşuma gəlmişdi. Xüsusilə Tailandı sevir və hər il oraya gedirəm.

- Tailandda sizi cəlb edən nədir?

- Onlar müştərinin maraqlarını təmin edirlər. Bu, müsbət haldır. Amma mətbəx - onlarda zəifdir. Bu, böyük mənfidir. (publika.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır