Böyrək şişi heç bir kəsik olmadan çıxarıldı
21 OKTYABR
392

Böyrək şişi heç bir kəsik olmadan çıxarıldı

“Hamı mənə deyirdi ki, böyrəyini götürməliyik, amma O, böyrəyimi qoruyub saxladı”

Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uroloq-cərrah, Dr. Araz Bayramov böyrəyi qoruyub-saxlamaqla, böyrək şişini heç bir kəsik olmadan çıxarıb.

Müasir urologiyada nadir əməliyyatlardan sayılan laparoskopik parsial nefroktomiya əməliyyatının yekunları ilə bağlı Alodoctor.az-a danışan xəstə Roza Məmmədova bildirib ki, Bakıda bütün böyük klinikarı gəzsə də, bütün həkimlər bir söz deyirdilər:

“Açıq şəkildə dedilər ki, bu əməliyyat yalnız böyrəyi çıxarmaqla aparıla bilər. Heç bir insan istəməz ki, böyrəyini itirsin. Əlacsız qalıb razılaşdıq. Əməliyyata girməyə hazırlaşarkən məlumat aldıq ki, Azərbaycanda böyrəyi qoruyub saxlamaqla, bu əməliyyatı həyata keçirən fransa təhsilli cərrah var. Adı Araz Bayramovdur. Üz tutduq Araz həkimin yanına. Lazer üsulu ilə böyrək şişini xaric edən Araz doktor həm böyrəyimi qoruyub saxladı, həm də məni uzun illərdir əziyyət çəkdiyim bəladan xilas etdi. Həm bir peşəkar, işinin ustası olan həkim, həm də gözəl insan kimi, Araz Bayramovdan çox razıyıq. O, çox peşəkardır”.

Xatırladaq ki, laparoskopik parsial nefrektomiya əməliyyatı Azərbaycanda ilk dəfə iki il öncə Dr. Araz Bayramov tərəfindən həyata keçirilib. Avropa Uroloqlar Cəmiyyətinin Belqradda keçirilən illik konfransında Araz Bayramovun bu uğuru yüksək qiymətləndirilib.

Dr. Araz Bayramov Fransada təhsil alıb və beş il Fransanın Eduard Heriot adına xəstəxanasında çalışıb. 2010-cu ildə ölkəmizə qayıdan A.Bayramov Mərkəzi Gömrük Hospitalı, Oksigen Klinikasında çalışıb. Hazırda Bakı klinikası, MTN-nin Hospitalında işləyən A.Bayramov ölkəmizin ən böyük tibbi layihələrindən olan Azərbaycan Avropa Tibb Assosiasiyasına rəhbərlik edir.

Müəllif: Dr. ArazBayramov

http://www.draraz.com/

https://www.facebook.com/uroloqandroloqdr.arazbayramov

FransatəhsilliUroloqAndroloqDr. ArazBayramovlagörüşgötürməküçün:

Əlaqənömrəsi: (+99455) 255-55-45

Whatsapp : (+99450) 234 55 60

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır