Böyrək daşlarından əziyyət çəkənlər – DİQQƏT
23 OKTYABR
316

Böyrək daşlarından əziyyət çəkənlər – DİQQƏT

“Xərçəng və digər xəstəliklərdə olduğu kimi, böyrək daşları da bəzi xəstələrdə heç bir ağrı və şikayət olmadan uzun müddət mövcud ola bilir”.

 Böyrək daşlarından əziyyət çəkən hər üç xəstədən biri təsadüfi müayinə nəticəsində bundan xəbər tutur:

“Böyrək daşları müxtəlif olsa da, əsasən xəstələr mərcanvari və böyrək kasacıqlarında olan oksalat daşlarından əziyyət çəkir. Mərcanvari daşlar böyrəkdə olan küt ağrılar, sidiyin bulanıq olması, gecikmiş dövrdə isə böyrək çatışmazlığı ilə özünü büruzə verir. Qeyd edim ki, Azərbaycanda böyrək daşlarının növünün müəyyən edilməsi üzrə müayinə ölkəmizdə  həyata keçirilir. Biz böyrək daşlarını endoskopik yolla çıxardıqdan sonra daşların növünü aşkarlayırıq. Nəzərə alanda ki, böyrək daşları yenidən yarana bilər, o baxımdan daşın növünü aşkarlayıb, ona uyğun düzgün pəhriz aparılması vacibdir”.

Hazırda Böyrək Daşı Mərkəzində Avropa protokollarına uyğun, ən müasir müalicə üsullarından istifadə olunur ki, bu da xəstələrə ağrı, stress yaşamadan, ən qısa müddətə bu problemdən azad olmağa imkan yaradır.

Xatırladaq ki, uzman Dr. Araz Bayramov ABŞ-ın dünyaca məşhur “American” və “Klivlend” klinikaları ilə əməkdaşlıq edir və hazırda MTN Hospitalında və Bakı klinikasında ən çətin uroloji əməliyyatlardan olan – laparoskopik parsial nefrektomiya (böyrək şişləri zamanı böyrəyin qorunub saxlanılması ilə şişin çıxarılması), ikitərəfli böyrək daşlarının eyni anda müalicəsi, prostat adenomasının endoskopik müalicəsi, o cümlədən prostat xərçənginin erkən aşkar edilməsi, radikal prostatektomiya (Prostat xərçənginin müalicəsi) və uşaqlarda anadangəlmə uroloji problemlərin müalicəsini həyata keçirir.

Müəllif: Dr. ArazBayramov

http://www.draraz.com/

https://www.facebook.com/uroloqandroloqdr.arazbayramov

FransatəhsilliUroloqAndroloqDr. ArazBayramovlagörüşgötürməküçün:

Əlaqənömrəsi: (+99455) 255-55-45

Whatsapp : (+99450) 234 55 60

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır