Diqqət!!!Kişilərin öz üzərlərində vaxtaşırı testis müayinəsini aparmağının vacibliyi
23 OKTYABR
1075

Diqqət!!!Kişilərin öz üzərlərində vaxtaşırı testis müayinəsini aparmağının vacibliyi

Diqqət!!!Kişilərin öz üzərlərində vaxtaşırı testis(xaya) müayinəsini aparmağının vacibliyi.

Vaxtında aşkar olunan hərbir xəstəlik kimi xaya törəmələridə erkən diaqnoz qoyularsa müalicə olunma effektivliyi çox yüksəkdir.Xaya törəmələrində erkən qoyulan diaqnoz müalicənin ilk addımıdır.Hansıki kişilərdə hər yaşda olmaqla bərabər ən çox 15-35 yaş arası rastlanır.

Burada sizə çatdırmaq istədiyim ən əasa nöqtə davamlı olaraq öz üzərimizdə edəcəyimiz aylıq müayinədir.Bu müayinəni duş qəbulundan sonra və güzgü qarşısında etmək daha yaxşı olar,bu zaman dəri və toxumalar daha yumşaqdır və müayinənin dəqiq aparılması üçün uyğundur.Müayinə hər iki əllə baş barmaqla xayaların üzərində sürüşdürməklə aparılır.

Nələrə diqqət etməli:Bu zaman xayaların formasına,sərtliyinə,bir birilə həcm fərqinə,şişkinliyin olub olmamasına,toxum daşıyan və toplayan kanallara çox travma verməməyə diqqət edirik.

Həkimə nə zaman müraciət vacibdir:Ələ gələn kütlə(yəni əlavə sərt şişkinlik)olması,hər hansı birində digərinə nisbətən fərq edilən böyümə,xayaların yerləşdiyi kisədə şişkinlik ağrının olması.

Müəllif: Op. Dr. Araz İbrahimov

Sosial: https://www.facebook.com/araz.ibrahimov.18

Əlaqə nömrəsi: (+99450) 355 44 30

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır