Soğanı bu formada istifadə edin - Bu xəstəliklərin DƏRMANIDIR
25 OKTYABR
159

Soğanı bu formada istifadə edin - Bu xəstəliklərin DƏRMANIDIR

İnsan orqanizmi üçün faydalı tərəvəzlərdən biri soğandır. Məşhur türkiyəli həkim M. Emin Dinççağ soğanın faydalarından danışıb.

Tibb.Fins.az bildirir ki, həkimin sözlərinə görə, qırmızı soğan çiy olaraq yeyilməlidir. Qırmızı soğanda "flavanol" adlı maddə var. Barmaqlarda iltihab, göbələk zamanı közlənmiş soğanın pərdəsini çıxarıb ağrıyan nahiyəni bağlamaq lazımdır. Bu ağrını götürəcək.

Həkim bildirib ki, baş ağrısı zamanı bir ədəd baş soğanı incə doğrayıb qaynadın və qaynamış soğanı süzüb alnınıza bağlayın.

Şəkər xəstələrinə bol soğan yemək tövsiyə olunur. Qırmızı soğanın tərkibindəki "flavanol" maddəsi infarkt riskini aşağı salır.

Sinədə toplanmış selik nəfəs yollarının tutulmasına və öskürəyə səbəb olur. Bu problemləri həll etmək üçün soğandan faydalana bilərsiniz. Bunun üçün doğranmış soğanı buxarda 2 dəqiqə bişirdikdən sonra bir parçanın arasına qoyub ağzını bağlayın. Həmin parçanı sinə və ya narahatlıq olan hissəyə qoyub saxlayın.

Həkim əlavə edib ki, soğandakı "kuersetin" başda olmaqla bol miqdarda "flavanoid" var. Bu maddələr zədəli DNT ilə mübarizə aparır və bədxassəli şişin əmələ gəlməsinə imkan vermir. Araşdırmalara görə, "kuersetin" faizi yüksək olan insanların qalın bağırsaq və yumurtalıq xərçənginə tutulma riskləri çox azdır.

metbuat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır