30 dəqiqə ərzində cinsi zəifliyə son – Unikal əməliyyat
25 OKTYABR
332

30 dəqiqə ərzində cinsi zəifliyə son – Unikal əməliyyat

Peyroni xəstəliyinin plastik cərrahi yolla plastikası

“40 yaşına çatmış kişilərin təxminən 40 faizi cinsi zəifliyin müxtəlif əlamətlərindən əziyyət çəkir”.

Azərbaycan Avropa Tibb Assosiasiyasının (AATA) sədri, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uroloq-androloq Araz Bayramov.

Cinsi fəaliyyət aktının tam itməsi halları 50 yaşlı kişilərin 20, 70 yaşlı kişilərin isə 50 faizində rast gəlinir: “Heç kimə sirr deyil ki, prostat kişilərin “ikinci ürəyi” sayılır. Hər hansı kişidə cinsi zəfiliyin əlaməti varsa və ya o, cinsi aktı sona qədər icra edə bilmirsə, bu onda ağır psixoloji problemlərə səbəb olur. Digər yandan ailə daxilində ciddi qarşıdurmalara, bəzi hallarda isə boşanmalara gətirib çıxarır. Paralel olaraq orqanizmdə digər xəstəliklərin yaranmasına zəmin yaradır”.

“Cinsi fəaliyyətin itməsində cinsiyyət orqanının əyriliyi xüsusi yer tutur” Qeyd edim ki, peyroni xəstəliyi zamanı cinsiyyət orqanının sərtləşməsini təmin edən kavernoz cismi kirəcləşir:
“Bu zaman cinsiyyət orqanının əyriliyi cinsi əlaqənin baş tutmasına imkan vermir. Peyroni xəstəliyinin müalicəsini plastik cərrahi üsulla həyata keçiririk. Əməliyyatın prinsipi əyriliyi əmələ gətirən kirəcləşməsinin aradan qaldırılması və plastik yolla normal formaya qaytarılmasıdır”.
Beynəlxalq təcrübədə peyroni xəstəliyi NESBİT üsulu ilə korreksiya olunur:
“Bu əməliyyat 30 dəqiqə ərzində davam edir və xəstə heç bir ağrı hiss etmədən müalicə olunur və əməliyyat olunan günün səhəri evə buraxılır. Beləliklə uzun illərdir onu narahat edən, psixoloji və cinsi gərginliyə səbəb olan problemdən birdəfəlik xilas olunur”.
Uroloq Androloq Dr. Araz Bayramovla əlaqə saxlamaq üçün: (055) 255-55-45
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır