Maraqlı və çox nadir rast gələn hallardan biri - Toğrul İbrahimov
26 OKTYABR
546

Maraqlı və çox nadir rast gələn hallardan biri - Toğrul İbrahimov

Maraqlı və çox nadir rast gələn hallardan biri.
Üç xayanın olması şikayəti ilə gələn pasient. Diaqnostik müainələr nəticəsində sağ tərəfdə xayalıqda iki xayası sol tərəfdə qasıq nahiyyəsində isə bir xayaya oxsayan struktur olduğu görülmüşdür.
Bir neçə yerdə bir xayanın çıxarılması təklif olunub.
Bizə müraciet etdikdə daxildən dəqiqləşdirmək üçün laparoskopik diaqnostika olunaraq baxılmasını məsləhət gördük.
Laparoskopiya zamanı çox qatışıq halla rastlaşdıq və xayalıqdanda balaca kəsiklə açdıq.
Qarşımıza çıxan hal çox maraqlıdı sağ tərəfdə həm xayaya və yumurtalığa oxsayan (ovotestis) hal, rudiment uşaqlıq ,uşaqlıq boruları və yanaşı toxumciyəsi olduğu görüldü.
Hər iki xayaya və yumurtalığa oxsar toxumadan biopsiya alındı çıxıldı. Əməliyyatdan sonra Kariotip Xromosom analizinə verildi.
Ana bətnində yaranan hər bir insan başlıqda dişidir. Əgər döl oğlandırsa hormonların təsiri ilə oğlana dönür. Anti-müllerian hormnon əksik olarsa bəzi müllerian (qadın cinsinə aid) qalıqları görülür.
Bu pasientimizdə eyni bu problem olduğunu düşünürəm .Histalogiyanın və Xromosom analizinin cavablarını gözləyirik. 

 usaqcerrahi.az

Sosial: https://www.facebook.com/usaqcerrahitogrulomarov

https://www.instagram.com/drtogrulomarov_ushaq_cerrahi

https://www.youtube.com/channel/UCp6mLrKSjzvo7-IrEwwz5-g

Əlaqə nömrəsi: +994506729224 , +994514100966

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır