Yenidoğulmuş körpələrdə birinci-ikinci həftədən başlayaraq qusmaların olması - SƏBƏB
30 OKTYABR
508

Yenidoğulmuş körpələrdə birinci-ikinci həftədən başlayaraq qusmaların olması - SƏBƏB

Bugün 20 günlük bebişdə Pilorostenoza görə Ramsted Pilloromiotamiyası icra etdik. Yenidoğulmuş körpələrdə birinci-ikinci həftədən başlayaraq qusmaların olması və getdikcə şiddətlənərək fantan kimi qusmalar şəkilində özünü biruzə verməsi Pilorostenoz adlı patalogiyanın olmasından xəbər verir. Pilorostenoz mədə çıxacağının yəni pilorik hissənin əzələ qatında olan qalınlaşmdırki nəticə etibarı ilə mədə çıxacağı tam bağlanaraq qidanın mədədən onikibarnaq bağırsağa keçməsinin qarşısı alınır və uşaq yediyini qusaraq qaytarır.

Hipertrofik pilor stenozu:
Yenidoğulmuşlarda ən sıx rast gəlinən cərrahi patologiyalardan biri də hipertrofik pilorik stenozdur. Hipertrofik pilorik stenoz mədənin çıxacaq hissəsində pylorus dediyimiz hissədə əzələ qatının qalınlaşması nəticəsində bağırsaqlara qida keçidinin mümkün olmaması ilə gedən bir xəstəlikdir.
Qalınlaşmış əzələlər qida keçidinə mane olduğundan mədə divarı yığılaraq qidanı bağırsaqlara qovmağa çalışdığı zaman fontan şəklində qusma baş verir. Uşaq adətən çox ac olur və qusmalar arasında yaxşı qida qəbul edir. Zamanında müalicə edilmədikdə qusmalar ilə çox miqdarda su və elektrolit itkisi baş verdiyindən uşaqda dehidratasiya, yəni susuzlaşma baş verir. Uşaq bədəni kiçik olduğundan onlar da dehidratasiya tez baş verir və müalicə gecikdirildikdə pis sonla bitir.
Əsas diaqnoz qarın boşluğunun ultrasəs müayinəsi ilə qoyulur. Belə ki, ultrasəs müayinəsi ilə qalınlaşmış pilorusun müəyyən edilməsi diaqnoz üçün kifayətdir.
Pilorus nədir?
Pilorus mədənin onikibarmaq bağırsağa keçən hissəsində klapan funksiyası yerinə yetirən əzələ kompleksidir. Normalda pilorus yığılaraq qidanın mədədə qalıb həzm olunmasına və həzm olunduqdan sonra açılaraq bağırsaqlara daxil olmasına xidmət edir. Pilorik stenoz adətən yenidoğulmuşun həyatının ilk 4-6 həftəsində özünü biruzə verir.
Əlamətləri:
Pilorik stenozu olan uşaqlar adətən çox ac olur və yaxşı qida qəbul edirlər. Lakin qida qəbulundan qısa müddət sonra fontanla qusurlar. Bir neçə gündən sonra dehidratasiya dərinləşir, uşaq çəki itirir, dərisi quruyur, özü süstləşir. Bəzi hallarda dərisində və gözün sklerasında sarılıq hiss olunur.
Diaqnoz:
Bəzi hallarda əllə müayinə etdikdə qalınlaşmış pilorusu hiss etmək mümkün olur. Buna tibbdə olive yəni zeytun simptomu deyilir. Əsas diaqnoz isə ultrasəs müayinəsi ilə qoyulur.
Müalicəsi:
Müalicəsi cərrahi yolla pilorusun qalınlaşmış əzələsini kəsməklə mədədən bağırsağa adekvat keçidin təmin olunması və vena daxili maye və elektrolitlər verilməklə dehidratasiyanın aradan qaldırılmasından ibarətdir.

Müalicəsi sadəcə Cərrahi üsulladır.

Müəllif: PhD Op.Dr.Togrul Omarov

 usaqcerrahi.az

 Sosial: https://www.facebook.com/usaqcerrahitogrulomarov

https://www.instagram.com/drtogrulomarov_ushaq_cerrahi

https://www.youtube.com/channel/UCp6mLrKSjzvo7-IrEwwz5-g

Əlaqə nömrəsi: +994506729224 , +994514100966

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır