Arıqlamaq üçün məsləhətlər
29 OKTYABR
640

Arıqlamaq üçün məsləhətlər

Doktor Ozun bu arıqlamaq məsləhətləri ilk baxışdan həddən artıq uzun gələ bilər! Ancaq inanın ki, onları təcrübədə tətbiq etməyə başladığınızda görəcəksiniz ki, heç bir şişirtmə yoxdur və onlar asanlıqla sizin gündəlik rejiminizin bir hissəsi ola bilər:

Yeməyinizi öncədən hazırlayın. Gün ərzində ne yeyəcəyiniz haqqında düşünün, bu yolla siz elə ilk baxışdaca soyuducuda gördüyünüz hər şeyi yeməyəcəksiniz. Doktor Ozun arıqlamaq məsləhəti yeməyinizi qabaqcadan planlaşdırmaqdır!

Bir fincan yulaf yarması. Milli.Az meslehetdir.com-a istinadən bildirir ki, doktor Oz sizə səhər çağı bir fincan yulaf yarması yeməyi tövsiyə edir, çünki o, sizə səhər vaxtı özünüzü tox hiss etməyə imkan verir, bundan sonra siz günorta vaxtı da həddən artıq aclıq hiss etməyəcəksiniz və kiçik bir çərəz kifayət edəcəkdir.

Sağlam yağlar qəbul edin. Bəli, yağlar da sağlam ola bilər. Siz sadəcə Doktor Ozun tövsiyə etdiyi kimi öz yemək rejiminizə zeytunları, qızıl balığı və qoz və fındığı daxil etməlisiniz.

Yeməyinizi buraxmayın. Əgər siz fikirləşirsinizsə ki, yeməyi ümumiyyətlə yeməmək çəki itirməyin ən yaxşı üsuludur, çünki siz yemədikcə arıqlayırsınız, tamamilə səhv edirsiniz. Sizin orqanizminiz canınızı qurtarmalı olduğunuz kaloriləri yandırmaq üçün vitaminlərə ehtiyac duyur. Beləliklə, Doktor Oz sizə yeməkdən imtina etmək yox, ağıllı şəkildə yeməyi tövsiyə edir.

Qoz-fındıq vaxtı. Qoz-fındıqları yemək çox xoşdur, sadəcə onları gözünüzün qarşısına qoyun ki görəsiniz və onları tez-tez yeyin. Doktor Oz onları suda islatmağı məsləhət görür, beləliklə də siz vitaminlə dolu başqa bir ehtiyat əldə edəcəksiniz, hansı ki bütün gün ərzində özünüzü tox hiss etməyə səbəb olacaqdır.

Qızartmaqdan qaçının. Qızartmaq bir ərzaq hazırlamaq üçün ən çox istifadə olunan metoddur, ancaq ən səmərəli və sağlam üsul deyil. Sizin bunun üçün o qədər çox alternativiniz vardır ki. Doktor Oz ərzağı sobada bişirməklə, buxarda bişirməklə, orta dəmli qazda qaynatmaqla, pörtlətməklə və yaxud suda qaynatmaqla hazırlamağı tövsiyə edir.

Ağılı şəkildə alış-veriş edin. Siz ərzaqların bazarlığını etdikdə lazım olan şeylərin siyahısını tutun, beləliklə də nəyisə axtarmayacaqsınız və gözləriniz ilişməli olmadıqları ərzaqlara ilişib qalmayacaqdır. Siz müdrik və ağıllı şəkildə bazarlıq edəcəksiniz.

Su ilə doyumlu halda qalın. Bəzən biz nəyəsə ehtiyac hiss edirik və yemək axtarışına çıxırıq, ancaq bu sadəcə susuzluq ola bilər və bir fincan su mükəmməl şəkildə bəs edər. Beləliklə də Doktor Oz sizə gün boyunca su ilə doyumlu qalmağı tövsiyə edir. 

Restoranlardan yan keçin. Əgər siz restoranda nahar etməyə adət etmisinizsə, sevimli yeməkləriniz və içkiləriniz olduğundan bu, sizün üçün çətin olacaqdır. Ancaq əgər siz arıqlamaq istəyirsinizsə, Doktor Oz oralara getməyi tərgitməyi və yaxud sizin dietinizə uyğun gələn qidaları yeməyi məsləhət görür.

Çərəz qutuları. Həddən artıq aclıq hissi üçün sizin hər zaman əlinizin altında qoz-fındıq, meyvələr və yaxud doğranmış tərəvəzlər kimi sağlam ərzaqlarla dolu çərəz paketəri olmalıdır, onlar sizin aclığınızı kəsəcək və əlavə çəki artırmayacaqdır.

Qırmızı bibər (istiot) dənəcikləri. Əgər siz qırmızı istiot dənəciklərini gündəlik yeməyinizə əlavə etsəniz, xüsusən də səhər vaxtı, onlar günün qalan hissəsində sizin yeməyə olan istəyinizi dayandıracaqdır. Doktor Ozun bu tövsiyəsi həqiqətən də işləyir!

Yavaş-yavaş aramla yeyin. Siz aramla yedikdə asanlıqla və tez doyacaqsınız. Doktor Oz yemək yeyərkən söhbət etməyinizi məsləhət görür, beləliklə də bu, sizin diqqətinizi yeməkdən yayındıracaq və siz daha az yeyəcəksiniz. 

Yeməkdən qabaq gəzişin. Əgər siz yeməkdən qabaq qəşəngcə və sürətlə gəzsəniz, nəsə sağlam olmayan bir şeyi qəbul etmək riski azalır, çünki sizin bədəniniz təravətləndirkcə çətin ki kalorisi çox olan nəsə yemək istəyəsiniz.

Konservləşdirilmiş qızılbalıq. Konservləşdirilmiş qızıl balıq balığın əla alternatividir, çünki onu hazırlamaq asandır və vaxtınıza qənaət edir. O, konservləşdirilmişdir, beləliklə də siz onu saxlaya bilərsiniz və təzə balıq axtarmağa getmək və vaxtınızı sərf etməyə ehtiyac yoxdur, xüsusən də əgər balığnız yoxdursa.

Kiçik boşqablar götürün. Kiçik bir boşqab götürmək və onu tam doldurmaq böyük birini götürmək və yarımçıq doldurmaqdan yaxşıdır. Kiçik boşqablar sizi az yeməyə vadar edir və bundan əlavə, siz elə hiss edirsiniz ki, sanki o qədər çox yemisiniz ki boşqabınız tam boşalıb.

Qutulardan, paketlərdən qaçının. Əgər böyük paketdə və yaxud qutuda nə isə alırsınızsa, onu açın və boşqaba qoyun və sonra yeməyə başlayın. Doktor Oz xəbərdarlıq edir ki, əgər siz birbaşa qutudan yesəniz, həddən artıq yeyəcəksiniz, çünki siz qutudakı çərəzin miqdarını görmürsünüz.

Həzm sisteminizi tənzimləyin. Yaşıl çay və çili istiotlarının köməkliyi ilə metabolizminizi sürətləndirmək yolunu tapmaq çox asandır. Onlar orqanizminiz üçün çox əhəmiyyətlidir, beləliklə bu məsləhəti nəzərə alın!

Düzgün yatın. Düzgün yatmaq sizin bədəninizdə, beyninizdə və orqanizminizdə bir çox aspektləri tənzimləyir. Aclıq hissi hətta yuxusuzluqdan da yarana bilər, beləcə Doktor Ozun məsləhəti yuxu saatlarınızı tənzimləməkdir.

Əzələlərin məşqi. Cəmi 20 dəqiqə məşq etsəniz sizin əzələləriniz çoxlu kalorilər yandıra bilər. Doktor Oz həftədə iki və yaxud üç dəfə bədənin müqavimətini gücləndirən məşqlər etməyi tövsiyə edir, razılaşın ki bu heç də çox vaxt aparmır. 

Kofeinsiz qəhvə. Bəlkə də bu məsləhətin bundan yaxşı alternativi yoxdur. Kofeinsiz qəhvə sizin ərzağa olan ehtiyacınızı kəsir və sizin bədəninizi gün boyunca gücləndirir.

Maye əsaslı ərzaqlar. Yay fəsli meyvə yemək üçün və həmçinin təravətli saxlayacaq bütün növ sağlam meyvə kokteylləri üçün əla zamandır. Doktor Oz həmçinin az kalorili şorbalar hazırlamağı məsləhət görür.

Yanınızda pedometr saxlayın. Pedometr sizin kifayət qədər piyada gəzib-gəzmədiyinizi yoxlamaq üçün əla üsuldur. Doktor Ozun tövsiyə etdiyi kimi, onu taxın və gündə 10,000 addım atdığınızdan əmin olun!

Hərəkət etmək şansınızdan istifadə edin. Fəal olun və nə zaman ki piyada yeriməyə ehtiyac vardır, hətta çox qısa yol olsa belə tənbəlliyinizin əsirinə çevrilməyin. Bu, formada qalmağın ən asan yoludurş

Tərəvəz sousları. Yeməyinizə yağlı souslar əlavə etməyin əvəzinə Doktor Oz tərəvəzlərdən sous hazırlamağı məsləhət görürü, hansı ki yeməyinizə başqa bir dad qatacaqdır və eyni zamanda əlavə çəki artırrmayacaqdır.

Müntəzəm olaraq çəkinizi yoxlayın. Doktor Ozun çəki atmaq məsləhətlərinə müntəzəm olaraq çəkinizi yoxlamaq daxildir. Bu yolla siz dəyişikliyi görürsünüz və yaxud əksinə heç bir irəliləyiş olmadığını görürsünüz və bud a sizi davam etməyə stimullaşdırır. Özlərini tez-tez çəkənlər başqalarından daha sürətlə arıqlayırlar.

Darçın. Desertlərinizdə və yaxud sadəcə çayınızda bir damcı darçından istifadə etmək sizə şəkərdən istifadə etməyi kəsməyə yardım edəcəkdir. Darçın çəki atmaq prosesini daha da sürətləndirəcək.

Diqqətsiz şəkildə yeməyin. Heç fərqinə varmısınız ki, televizorun qarşısında yeyəndə və yaxud fikriniz dağıldıqda normadan artıq yeyirsiniz? Bu gerçəkdir və Doktor Ozun tövsiyəsi yemək yeyərkən bütün bu şeylərlə diqqətinizi yayındırmayasınız!

Qazlı içkilərdən qaçının. Faktiki olaraq sizi sərinləşdirməyən, ancaq daha çox susamağınıza səbəb olan bütün sərinləşdirici işkiləri tərgidin! Sadəcə adi suya keçin ki, o sağlamdır, yetərlidir və artıq çəki gətirməyəcəkdir.

Yağsızlaşdırılmış süd için. Yağsızlaşdırılmış süd səhər içmək üçün mükəmməl alternativdir! Normadan artıq çəkisi olanlar üçün yağsızlaşdırılmış süd arıqlamaq üçün böyük kömək ola bilər.

Saqqız çeynəyin. Saqqızlar gerçəkdən də iştahınızı və yemək istəyinizi kəsmək üçün məzəli üsuldur. Doktor Oz söyləyir ki, o, sizin yemək ehtiyacınızı müəyyən bir zaman üçün saxlayacaqdır.

Sağlam şəkərlər. Sizi uzun müddət şəkər yeməkdən saxlamağa ehtiyac yoxdur və həmçinin bütün gün boyunca şokolad yeməyə də ehtiyac yoxdur, siz aclığınızı püre şəklində şaftalı, giləmeyvə və yaxud armud yeyərək yatışdıra bilərsiniz.

Kiçik addımlarla başlayın. Bəzən dietə başlamaq çətindir, buna görə də siz onu bügündən sabaha saxlayırsınız. Doktor Oz idman ayaqqabılarını almaq kimi kiçik addımlar atmağı tövsiyə edir. Bu yolla siz hələ də saxlamalı olduğunuz dietə hazırlaşa bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır