Homoseksuallıq xəstəlik yoxsa həyat tərzidir?!
30 OKTYABR
834

Homoseksuallıq xəstəlik yoxsa həyat tərzidir?!

Təəssüf ki, ölkəmizdə homoseksuallığa xəstəlik kimi yanaşılır və bir çox hallarda bunun müalicəsinə cəhd göstərilir. Bu səbəbdən müalicə ilə bağlı çoxsaylı suallar verilir.Bəs əslində Homoseksuallıq nədir: xəstəlik yoxsa həyat tərzi ?!

Homoseksuallıq dedikdə eynicinslilər arasında yaşanan romantika, eşq və ya cinsi əlaqədə olan şəxslər nəzərdə tutulur. Homoseksuallıq geniş mənada insanın mövcud olan seksual növlərindən biri olub, özündə homoseksual orientasiya (öz cinsindən olanlara seksual meyl), homoseksual identiklik və homoseksual davranışı (öz cinsindən olanlarla seksual təcrübə) birləşdirir. Homoseksuallığın yaranmasının səbəbləri kimi: İnformasiyanın çoxluğu, həddindən artıq azadlıq, məktəb və ailə tərbiyəsi, anadangəlmə faktorlar, hansısa hormonal balansın pozulması və s. görülür. Lakin, Homoseksuallığın yaranması ilə əlaqədar müxtəlif fikirlər irəli sürülsə də, onların heç biri konkret olaraq sübuta yetirilməyib.

Qeyd edek ki: Homoseksuallıq bir xəstəlik deyil, yönüm ferqliliyidir. Homoseksuallığın bir xəstəlik olduğu yanaşması 40 il əvvəl tərk edilmiş və psixiatrik xəstəlik diaqnozu siyahılarından çıxarılmışdır. Beynəlxalq və milli həkim təşkilatları tərəfindən Homoseksuallıq sağlam bir vəziyyət olaraq qəbul edilməkdədi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır