Qadınlarda qonoreya
31 OKTYABR
45

Qadınlarda qonoreya

Qonoreya ən geniş yayılmış və qadınlarda sonsuzluğa gətirib çıxaran veneroloji xəstəliklərdən biridir. Qonoreyanın törəyidicisi xəstə insandan sağlam insana oral, vaginal və anal seksi zamanı keçə bilir. Hamilə qadın doğuş zamanı qonoreyanı uşağa ötürə bilər. Qonoreyanın məişət yolu ilə (yoluxmuş insanla birgə unitaz, yataq, dəsma llə ya alt paltarından istifadə etdikdə) ötürülməsi nəzəri cəhətdən mümkün olsa da, rəsmi qeydə alınmamışdır.
Qadınlarda qonoreya uşaqlıq boynu kanalının iltihabına (qonoreya endoserivisiti), uretranın iltihabına (qonoreya uretriti), düz bağırsağın iltihabına (qonoreya proktiti), uşaqlıq yolunun iltihabına (qonoreya kolpiti) və digər orqanların iltihabına səbəb ola bilir. Qadınlarda inkubasiya dövrü 2-7 gün təşkil edir. Bu, o deməkdir ki, qonoreyanın ilk siptomları yoluxmadan sonra artıq birinci həftədə özünü büruzə verə bilər.
Qonoreyanın ilk əlamətlərinə-Sidik ifrazı zamanı ağrı və yanğı hissi,uşaqlıq yolundan sarı, yaşıl və ya şəffaf rəngli ifrazatlar, seks zamanı ağrılar,uşaqlıq yolundan seks zamanı və seksdən sonra səbəbsiz olaraq qanlı (çəhrayı, palıdı) ifrazatlar,qarnın alt hissəsində ağrılar, bəzən qadınlarda qonoreya simptomsuz ötüşür və ya xəstəliyin əlamətləri o qədər də ifadəli olmur və gözə çarpmır. Qonoreya uşaqlıq yolundan və uşaqlıq boynu kanalından yuxarıya doğru qalxa və uşaqlığın və uşaqlıq artımının iltihabına səbəb ola bilər.Bu zaman aşağıdakı simptomlar meydana gələ bilir:
-Qarının alt hissəsində mərkəzi nayihədə və yanlarda ağrılar,bədənin hərarətinin yüksəlməsi, başağrısı, ürək bulanma, qusma.
-Keçirilmiş qonoreya xəstəliyinin ən geniş yayılmış fəsadlarından biri sonsuzluqdur. Qonoreyadan sonra sonsuzluq infeksiya uşaqlıq borularının iltihabına (salpingit) səbəb olduqda, yarana bilir.
-Uşaqlıqdan kənar hamiləlik. Infeksiya uşaqlıq borularının iltihabına səbəb olduqda, qonoreyadan sonra uşaqlıqdan kənar hamiləlik riski 7-10 dəfə artır.
-Oynaqların iltihabı.
-Hamiləlik dövründə qonoreya inkişafdan qalmiş (donmuş) hamiləliyə və və uşaq salmaya, vaxtından əvvəl doğuşa, uşağın doğuş vaxtı yoluxmasına səbəb ola bilir.
Qonoreyanın müalicəsində inyeksiya və tablet formasında antibiotiklərdən istifadə olunur.
 

Müəllif: Dr. AygünSəlimova

Əlaqənömrəsi: +994705188881

Sosial: Dr.Aygun_Selimova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır