O, bizim həyata inamımızı qaytardı
01 NOYABR
221

O, bizim həyata inamımızı qaytardı

Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman, tanınmış uroloq-androloq Araz Bayramovun adı çoxsaylı xəstələrlə yanaşı, ölkə mətbuatına da tanışdır.

Vaxtaşırı olaraq telekanallarda, internet mediada və sosial şəbəkələrdə öz fəaliyyəti ilə bağlı hesabatlarla çıxış edən Dr. Araz Bayramovla xəstələrinin iştirakı ilə iş otağında görüşmək qərarına gəldik.

Beləcə TƏBİB.AZ portalının təsisçisi Azər Niftiyev, baş redaktoru Günel Hüseynli və bu sətirlərin müəllifi MTN-nin Hərbi Hospitalına üz tutduq.

Haşiyəyə çıxaraq deyək ki, Dr. Araz Bayramov MTN-nin Hospitalı ilə yanaşı müxtəlif aparıcı klinikalarla da əməkldaşlıq edir və öz təcrübəsini bölüşür.

Bizi mehribanlıqla qarşılayan uzman-cərrah bildirdi ki, gərgin iş qrafikinə baxmayaraq, həmişə olduğu kimi, bu dəfə qələm əhlinə vaxt ayırmağı planlaşdırır.

Elə bu zaman birgə razılaşdıq ki, doktorun vaxtını almayaq və onunla yox, müayinə və müalicə məqsədilə ona üz tutan xəstələrlə söhbətləşək.

Beləcə Dr. Araz Bayramovun qəbuluna gələn xəstələri söhbətə tutduq.

Bakı şəhər sakini Eldəniz Əliyev bildirdi ki, Araz Bayramov onun azyaşlı oğlunu böyük bəladan qurtarıb:

“Üç yaşlı oğlum Ayxan uzun illər idi ki, böyrək daşından əziyyət çəkirdi. Daha dəqiq, biz əvvəl səbəbi bilmirdik. Qarın nahiyəsində ağrılardan şikayətlənirdi. USM müayinəsindən keçirdik, məlum oldu ki, uşaqda böyrək daşı var və artıq bu daş sidik axarına düşüb. Hətta bizi qorxuzdular. Dedilər ki, böyrək öz funksiyasını itirir. Bu səbəbdən əməliyyat zamanı zərurət yarana və böyrəklərdən biri çıxarıla bilər. Axı bu uşağın gələcəyi qabaqdadır. Biz buna razılaşa bilməzdik. Yaxın dostlardan biri bizə uzman Dr. Araz Bayramova müraciət etməyi tövsiyyə etdi. Əlimiz hər yerdən üzülmüşdü. Araz doktorun yanına gedəndə də ümidimiz az idi. Amma Araz həkim bizi çox normal qarşıladı və əmin etdi ki, uşaq bu problemdən heç bir fəsad olmadan xilas olacaq. O, öz sözünün üstündə durdu. Ayxan heç bir fəsad, ağrı, ağırlaşma və kəsik olmadan ən qısa zamanda təbii yolla qalxaraq, holmium-lazerlə parçalanaraq, artıq bizim qorxulu röyamıza çevrilmiş böyrək daşından azad oldu. Səhəri günü də evə buraxıldı. Araz doktor bizdə Azərbaycan həkiminə olan inamı bərpa etdi. Baxmayaraq ki, ondan öncə üz tutduğumuz klinikada bizim bütün ümidlərimizi puç etmişdilər”.

Aygün Xəlilova adlı xəstənin sözlərinə görə, bir böyrəyində böyrək daşı, digərində isə sidik axarı daşı var imiş:

“Mən Moskvada yaşayıram. Uzun illərdir ki, hər iki böyrəyin problemindən əziyyət çəkirdim. Böyrəyimin birində iri daş var idi. Digər böyrəkdə isə daş artıq sidik axarına düşmüşdü. Hər iki böyrəyim fəaliyyətini dayandıra bilərdi. Moskvada bir neçə aparıcı xəstəxanada olduq. Açıq şəkildə deyirdilər ki, digər sidik axarı daşı böyrəyə qaça və endoskopik yolla müalicə mümkün olmaya bilər. Qardaşım Azərbaycanda maraqlandı, dedilər burada bir uroloq var, Avropa təhsillidir, bu sahədə çox peşəkar mütəxəssisdir. Beləcə biz Bakıya qayıtdıq və uzman Dr. Araz Bayramovun qəbuluna düşdük. Fleksibl URS üsulu ilə həm sidik axarı, həm də böyrək daşları tam təbii yollarla, heç bir dəlik, kəsik olmadan parçalanaraq, çıxarıldı. Əməliyyat olunandan bir neçə saat sonra artıq ayaq üstəydim. Hazırda özümü çox normal hiss edirəm. Vallah səmimi deyirəm, Araz Bayramov çox peşəkar, həm də cəsarətli həkimdir”.

65 yaşlı Turab Əzizov söyləyir ki, prostat vəzinin göstəricisi olaraq PSA-nın yüksək olmasından əziyyət çəkirmiş:

“Sözün açığı, heç ağlıma gəlməzdi ki, məndə xərçəng qabağı vəziyyət olar. Mütəmadi olaraq qanda PSA analizi verirdim. Hər dəfə də eyni cavabı alırdım. PSA yüksəkdir. Müayinələr zamanı prostat vəzinin biopsiyası təklif olunsa da, etiraz edirdim. Uzman Dr. Araz Bayramovun qəbulunda olduğum zaman doktor mənə geniş izahat verdi ki, erkən dövrdə prostat xərçəngi aşkarlansa, tam aradan qaldırıla bilir. O, bilirdi ki, mən xərçəng xəstəliyindən qorxuram və bu kompleksə görə, prostat biopsiyasından keçməyəcəm. Onunla razılaşdım. Prostat biopsiyası tam ağrısız və rahatlıqla həyata keçirildi və prostat vəzinin xərçəngi aşkar edildi. Erkən dövrdə aşkar edildiyinə görə, radikal prostatektomiya əməliyyatı həyata keçirilərək, prostat vəzi tam çıxarıldı. İndi özümü çox gümrah hissi edirəm. Çox sevinirəm ki, Azərbaycanda Araz Bayramov kimi savadlı, peşəkar, təcrübəli və yüksək insani keyfiyyətləri özündə cəmləşdirən mütəxəssislərimiz var”.

Xatırladaq ki, uzman Dr. Araz Bayramov Avropada təhsil alıb. Fransanın Eduard Herriot adına Mərkəzi Xəstəxanasında çalışıb. ABŞ-ın dünyaca məşhur “Klivlend” və “Amerikan” klinikaları ilə əməkdaşlıq edən Dr. Araz Bayramov Avropa Uroloqlar Cəmiyyətinin yaradıcılarından biri və İdarə Heyətinin üzvüdür.

Böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.

İlk dəfə olaraq ölkəmizdə hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib.

Müəllif: Dr. ArazBayramov

http://www.draraz.com/

https://www.facebook.com/uroloqandroloqdr.arazbayramov

FransatəhsilliUroloqAndroloqDr. ArazBayramovlagörüşgötürməküçün:

Əlaqənömrəsi: (+99455) 255-55-45

Whatsapp : (+99450) 234 55 60

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır