Böyrək şişi böyrəyi qorumaqla çıxarıldı
02 NOYABR
510

Böyrək şişi böyrəyi qorumaqla çıxarıldı

Azərbaycanda ilk dəfə olaraq laporoskopik yolla böyrək şişinin böyrəyə toxunmadan çıxarılması əməliyyatı həyata keçirilib.

Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman, tanınmış uroloq-cərrah Araz Bayramov tərəfindən reallaşan əməliyyat zamanı Sabirabad rayon sakini, 58 yaşlı Arifə Əlməmmədovanın sol böyrəyinin 2,5 sm-lik şişi böyrəyi qorumaqla, şiş toxuması böyrəyi zədələmədən tam çıxarılıb.

Bu unikal əməliyyat Türkiyənin və Avropanın ən qabaqcıl xəstəxanalarında həyata keçirilən əməliyyatlardan biridir.

Xatırladaq ki, uzman Dr. Araz Bayramov Avropada təhsil alıb. Fransanın Eduard Herriot adına Mərkəzi Xəstəxanasında çalışıb. ABŞ-ın dünyaca məşhur “Klivlend” və “Amerikan” klinikaları ilə əməkdaşlıq edən Dr. Araz Bayramov Avropa Uroloqlar Cəmiyyətinin yaradıcılarından biri və İdarə Heyətinin üzvüdür.

Böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.

İlk dəfə olaraq ölkəmizdə hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib.

Dr. Araz Bayramovla əlaqə saxlamaq üçün:

Müəllif: Dr. ArazBayramov

http://www.draraz.com/

https://www.facebook.com/uroloqandroloqdr.arazbayramov

FransatəhsilliUroloqAndroloqDr. ArazBayramovlagörüşgötürməküçün:

Əlaqənömrəsi: (+99455) 255-55-45

Whatsapp : (+99450) 234 55 60

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır