Süd vəzi kiçiltmə
31 OKTYABR
598

Süd vəzi kiçiltmə

İstər genetik,istərsə də alimentar faktorlarla əlaqədar xanımlarda süd vəziləri kifayət qədər sallaq və həcmli, böyük olur. Bu həm kompleks, həm də sağlıq baxımından xanımları narahat edir. Boyun, çiyin, bel ağrıları, həddən artıq tərləmə, vəzi altında bilşməcələrin olması və s. səbəblərdən xanımlar süd vəzi kiçiltmə-REDUKSİON MASTOPEKSİYA əməliyyatına müraciət edirlər. Bu zaman vəzi üzərində kəsik aparılaraq süd vəzi toxuması rezeksiya olunur. Həcm kiçildilir. Artıq dəri loskutu çıxarıldıqdan sonra əsasən tərs "T" şəklində süd vəziləri kosmetik tikişlərlə plastika olunur. Nəticədə pasiyent boyun, çiyin, bel ağrılarından,gigiyenik narahatçılıqdan qurtulmaqla yanaşı həm də dik və kiçik süd vəzilərinə sahib olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır