Süd vəzin yenidən bərpası-məmə rekonstruksiyası
02 NOYABR
269

Süd vəzin yenidən bərpası-məmə rekonstruksiyası

Süd vəzilərinin bədxassəli törəmələri zamanı əksər hallarda bir və ya iki tərəfli mastektomiya aparılır.Buna məruz qalmış xanımlar uzun müddət psixoloji kompleks yaşayırlar. Bu onların həyat tərzinə də yansıyır. Bütün bunları nəzərə alaraq bu kimi pasiyentlərdə məmə rekonstruksiyası əməliyyatını icra edilir. Əməliyyat əsasən abdominoplastika ilə kombinə şəkildə aparılır. Bu zaman qarnın ön divarının piy yastığı dəri ilə birgə əvvəldən ölçülüb çəkilmiş xətlər üzrə kəsilir.Bu dərini qidalandıran qarnın düz əzələsinin müvafiq ayaqcığı ilə birgə yuxarıya doğru qaldırılır. Sinədə məmə yeri hazırlandıqdan sonra bu dəri loskutu düz əzələ ayaqcığı ilə birgə süd vəzisi yerinə plastika olunur. Əsəs diqqət olunan yer plastika olunan piy və dəri loskutunun qanla qidalanmasının təmin olunmasıdır. Dəri kosmetik tikişlərlə plastika olunur. Əməliyyatdan təxminən 6 ay-1 il sonra pasiyent istəyərsə yeni yaradılan süni süd vəzisində gilə formalaşdırılır.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır