Hipospadiya, Hipospadias toplusu.
02 NOYABR
334

Hipospadiya, Hipospadias toplusu.

İki il ərzində etdiyimiz Hipospadiyaların 10% ni ən maraqlı və ən çətin olan formalarına aid tam foto qaleriya hazırladıq. Qeyd edim ki, el arasında Peyğəmbər sünnəti, Peyğəmbəri adlandırılan bu patalogiya vaxtında əməliyyat olunmazsa uşaq böyüdükdə ciddi problemlər yarada bilər!

Valideyinləri maraqlandıran incə məqamlardan biri Hipospadiya hansı yaşda əməliyyat olunmalı və bu əməliyyat adi sünnət kimidirmi suallardır.

Bütün dünyada qəbul olunmuş əməliyyat yaşı 8 ay bir yaş arasıdır. Hipospadiya adi sünnət kimi deyil daha ciddi, mikroskopik, incəlik tələb edən bir əməliyyatdır və formasından asılı olaraq əməliyyat bir və  bir neçə etapa icra oluna bilər.

Hipospadiya əməliyyatından sonra fistulanın olması yəni incə bir dəlikdən sidik sızması halları ola bilər bu patalogiyanın xüsusiyyətidir və fistula olma ehtimalı Hipospadiyanın formaslndan asılı olaraq bugünkü gün bütün dünyada 5-35 % dir.

Müəllif: PhD Op.Dr.Togrul Omarov

 usaqcerrahi.az

 Sosial: https://www.facebook.com/usaqcerrahitogrulomarov

https://www.instagram.com/drtogrulomarov_ushaq_cerrahi

https://www.youtube.com/channel/UCp6mLrKSjzvo7-IrEwwz5-g

Əlaqə nömrəsi: +994506729224 , +994514100966

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır