Terapiya nədir?
31 OKTYABR
570

Terapiya nədir?

Terapiya dedikdə əksəriyyətimiz filmlərdə gördüyümüz terapiya səhnələrini düşünür; danışan divanda uzanmış halda dərdini danışır, terapist isə donuq ifadə ilə deyilənləri dinləyərək qeydlər edir. Əslində realda olan mənzərə bu deyil. Müalicə psixiatriya sahəsində ixtisaslaşmış şəxslər tərəfindən duyğularınız, düşüncələriniz, həyata baxış tərziniz, özünüz və başqalarına qarşı inanclarınız, fikirləriniz, gündəlik həyatda sizin belə fərqinə varmadığınız şüuraltı düşüncələrinizi dərk etmək üçün yaradılan bir özünü kəşf müddətidir. Bu kəşf prosesinin əsas məqsədi yaşadığınız çətinliklərə qarşı mübarizə etmə qabiliyyətini artırmaq, düşüncə və duyğularınızda fərqlilik yaratmaq və bu dəyişiklikləri həyata keçirə bilməyiniz üçün ehtiyacınız olan motivasiyanı təmin etməkdir.Hamımız kiminsə bizi dinləməsini, anlamasını istəyirik. Bu terapiya üçün gəlməyimizin başlıca səbəblərindən biridir. Günümüzdə terapiyaya olan maraq artsa da hələ də bəzilərinin beynində “Mən bunu anam, atam, bacım, rəfiqəm, dostum, həyat yoldaşım və s. ilə də paylaşıram” kimi fikirlər hələ də vardır. Ancaq bunu unutmamalıyiq ki yaxınlarımız və dostlarımızla “dərdləşməyimiz” sadəcə dərdləşməkdir və hədəf nöqtəsi “dərddir”. Terapist ilə keçirilən terapiya müddətində isə hədəf nöqtəsi “dəyişməkdir”.

 

Müəllif: Uzm.Dr.Azer Bagirov 

Web: www.azerbagirov.az

Facebook: https://www.facebook.com/drazerbagirov

Əlaqə nömrəsi: (077) 563 55 40 ,(050) 309 40 47

E-mail: [email protected]

Ünvan: Atatürk pr.3087, EGO Psixonevroloji Sağlamlıq Mərkəzi  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır