Bu xəstəlik 40 yaşdan yuxarı kişilərdə müşahidə olunur
05 NOYABR
371

Bu xəstəlik 40 yaşdan yuxarı kişilərdə müşahidə olunur

Obliterasiyaedici ateroskleroz (OA) - dövrümüzün ən geniş yayılmış xəstəliyidir və əsasən 40 yaşdan yuxarı kişilərdə müşahidə olunur. Xəstəliyin əmələ gəlməsinin əsas səbəbi hiperxolesterinemiyadır. Prosesə əsasən böyük və orta ölçülü arterial damarlar (aorta, yuxu arteriyası, yuxarı müsariqə arteriyası, qalça arteriyaları və s.) məruz qalır (şək.4).
Xəstəliyin gedişatının 4 mərhələsi aird edilir:
I – ağrısız qəth edilən məsafə 1000 m-dən artıq olur. Ağrılar yalnız agır fiziki gərginliklər zamanı meydana gəlir.
IIa – ağrısız yerimə məsafəsi 250-100 m olur. 
IIb – ağrısız yerimə məsafəsi 50-250 m olur.
III – kritik işemiya mərhələsi. Ağrısız yerimə məsafəsi 50 m-dən az olur. 
IV - trofiki pozuntuluqlar mərhələsi. Barmaqlarda və pəncədə nekroz sahələri meydana çıxır, hətda bu hal ətrafın qanqrenası ilə sonuclana bilir.
Uzun müddət xəstəlik əlamətsiz olaraq davam edir və proses tədriclə inkişaf edir. Xəstəliyin əsas əlaməti fasiləli axsama və ya aşağı ətrafların işemiyası sindromudur (bu əlamət barədə OE bəhsində məlumat verilib). Bu əlamət ilk öncə xəstələri 1000 m məsafədən sonra, əsasən də yüksəkliyə qalxarkən narahat etməyə başlayır. Sonralar bu məsafə dahada qısalaraq 25-50 m düşür. Aorta-qalça seqmetinin aterosklerotik daralması zamanı ağrılar sağrı, bud və baldır əzələlərində müşahidə olunur. OA zamanı aşağı ətraflarda gedən işemik dəyişikliklər mərhələli xarakter daşıyır və təxminən OE-də olduğu kimidir.Hal hazırda xəstəliyin diaqnostikası çətinlik təşkil etmir. İlk öncə xəstəyə damar cərrahının baxışı vacibdir. Periferik damarlarda nəbz vurğusunun zəifləməsi və ya tam itməsi müşahidə olunur . İnstrumental müayinə üsulları qeyri invaziv və invaziv olmaqla iki qrupa bölünə bilər. Qeyri invaziv müayinə üsulu kimi USDQ (ultrasəslə doppleroqrafiya) , termoqrafiya, reovazoqrafiya və kapillyaroskopiyanı aid etmək olar. İnvaziv müayinə üsullarına isə rentge kontrast aorto-arterioqrafiyanı qeyd edə bilərik . Son zamanlar damar rejimli kompyuter tomoqrafiya (DRKT) . və maqnit-rezonans anqioqrafiya (MRAQ) müayinə üsullarından da istifadə olunur.

Tel.: +99455-302-01-11
E-mail: 
[email protected]

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır