Uşaqlıq yolunun enməsi və sallanması zamanı cərrahi müdaxilə - Uroginekoloq Doktor Aygün Səlimova
06 NOYABR
359

Uşaqlıq yolunun enməsi və sallanması zamanı cərrahi müdaxilə - Uroginekoloq Doktor Aygün Səlimova

Müəllif: Uroginekoloq Doktor Aygün Səlimova

Əlaqə nömrəsi: +994705188881

Sosial: Dr.Aygun_Selimova

Xəstəliyin gecikmiş formalarında həkimlər cərrahi müdaxiləyə əl atmalı olurlar. Uşaqlıq yolu divarları tikildikdən sonra uşaqlıq, sidik kisəsi və çanaq dibi əzələləri öz “qanuni yerlərinə” qayıdırlar. Əməliyyat ümumi narkoz altında uşaqlıq yolundan olmaqla aparılır. Əməliyyatdan sonra qadına bir həftə ərzində yataq rejimi təyin edilir. Yaranın sağalmasından və iltihabi prosesin olub-olmamasından asılı olaraq, təxminən iki həftədən sonra qadına oturmağa icazə verilə bilər.
Bəs xəstəliyin profilaktikası üçün nə etmək lazımdır? Bunun üçün əsasən, uşaq yaşlarından etibarən, xüsusi idman hərəkətlərindən istifadə etməklə qarın və çanaq dibi əzələlərini möhkəmləndirmək lazımdır.
Hamiləlik zamanı, əks göstəriş olmadığı halda, mütləq xüsusi idman hərəkətləri ilə məşğul olmaq məsləhət görülür. Bu, doğuş zamanı aralıq əzələlərinin cırılmasının və qarının düz əzələlərinin aralanmasının qarşısını alır. Doğuşdan sonrakı iki ay müddətində isə qadın ağır əşyalar qaldırmaqdan çəkinməli, hətta mümkün qədər hər hansı fiziki işlə məşğul olmamalıdır.
Doğuşdan sonra həkimlə məsləhətləşməklə qadın bir sıra xüsusi fiziki hərəkətlər kompleksini yerinə yetirə bilər. Bu ona, özünün qarın divarı və çanaq dibi əzələlərini möhkəmləndirməyə və daxili cinsi orqanlarının qan dövranını yaxşılaşdırmağa imkan vermiş olur. Doğuşdan sonrakı dövrdə xüsusi bandaj (qurşaq) geyinilməsi yaxşı profilaktik kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır