Artıq çəki bu xəstəliklərin riskini artırır - Op.Dr. Aslan Abdulla
07 NOYABR
452

Artıq çəki bu xəstəliklərin riskini artırır - Op.Dr. Aslan Abdulla

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən son məlumatlara əsasən dünyada 1 mlrd-dan çox insan artıq çəkidən əziyyət çəkir. Bu problem sosial vəziyyətindən və hansı peşədə çalışmasından, yaşayış yerindən, yaşından və cinsindən asılı olmayaraq aktuallıq daşıyır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhalinin 50%-nin çəkisi normadan artıqdır ki, onların da 30%-i piylənmədən əziyyət çəkənlərdir. Piylənmədən əziyyət çəkən uşaq və yeniyetmələrin sayı ildən-ilə artır. Əlbəttə bu problem Azərbaycandan da yan keçməyib əksinə, ölkəmizdə iki nəfərdən birinin (təxminən 50 faiz) çəkisi normadan artıqdır, üç nəfərdən biri (təxminən 33 faiz) isə piylənmədən əziyyət çəkir. Ola bilsin kimsə artıq çəki probleminin ciddiliyini düzgün dəyərləndirməsin, lakin sizi əmin edirəm ki, piylənmənin çox ciddi nəticələri ola bilər. Artıq çəki bir sıra infeksiya olmayan xəstəliklərin, ürək-damar xəstəliklərinin, xərçəngin, şəkərli diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə artırır. Ümumdünya Səhiyyə Təşkilatı hər il həyəcan siqnalı çalır, lakin bütövlükdə dünyadakı vəziyyət yaxşılaşmır.

Müəllif: Op.Dr. Aslan Abdulla

www.100yasha.az

Facebook: https://www.facebook.com/opdraslanabdulla

Instagram: https://www.instagram.com/dr.aslanabdulla

Youtube: https://www.youtube.com/user/alipauk

Əlaqə nömrəsi:  (+99450) 550-88-82  (+99412) 514-40-00

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır