Liposaksiya nədir və nə zaman icra olunur - Dr Rəşad Babayev
07 NOYABR
1542

Liposaksiya nədir və nə zaman icra olunur - Dr Rəşad Babayev

Liposaksiya - Qeyri mütənasib piylənmə zamanı və yaxud bədənin müxtəlif nahiyələrində idmanla getməyən piylərin vakuum vasitəsilə sorulmasıdır. Bəzən liposaksiya arıqlamaq üçün olan bir əməliyyat kimi qiymətləndirir.Əslində belə deyil.Liposaksiya bədənə forma,kontur vermək üçün icra edilən əməliyyatdır. Son zamanlar liposaksiya LİPOMATİK aparatı ilə icra edilir. Lipomatik vasitəsilə bədənin bütün nahiyələriniə- qarın,bel,bud,diz,kürək,qol,buxaq və s.tam ağrısız şəkildə forma vermək mümkündür. Bunun üçün yaş məhdudiyyəti yoxdur. Bu zaman əsas diqqət ediləsi nüans dərinin kifayət qədər elastik və turqorlu olmasıdır. Əməliyyat pasiyentin istəyinə görə ümumi,spinal və yaxud yerli anesteziya altında aparıla bilər.Kəsik aparılmadan kiçik dəliklərdən icra edilir və təxminən 1-2 saat davam edir. Tamamən qansız icra olunan bir prosedurdur. Pasiyent əməliyyatdan 4-5 gün sonra aktiv iş rejiminə qayıdır. İlk 10 gün ərzində şişkinliklər olur. Pasiyent təxminən 1 aya ideal nəticəyə sahib olur.

Müəllif: Dr Rəşad Babayev

https://www.facebook.com/doctorbabayev

https://plastikcerrahiyye.az

Əlaqə nömrəsi: (050) 333 30 10 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır