Uşaqlarda Qida borusu atreziyası - PhD Op.Dr.Togrul Omarov
08 NOYABR
603

Uşaqlarda Qida borusu atreziyası - PhD Op.Dr.Togrul Omarov

Qida borusu atreziyası, yəni anadangəlmə qida borusunun olmaması. Yeni doğulmuş pasient ilk qidalanma aktı zamanı göyərmə, qusma, boğulma və tənəffüs çatışmamazlığı baş verdiyinə görə Neanatoloq tərəfindən bizə müraciət olunmuşdur. Apardığıməz ilkin diaqnostik müainələr nəticəsində qida borusunun yuxarı ucunun bağlı olması aşağı ucunun traxeya ilə birləşik olduğu məlum oldu. Pasient tez bir zamanda hazırlanaraq əməliyyata alındı. Əməliyyat Torokoskopik kəsiksiz üsulla, qida borusunun yuxarı ucu mobilizasiya olunaraq sərbəstləşdirildi, qida borusunun aşağı ucu isə traxeyadan ayrılaraq traxeyadakı deffekt tikildi sonra isə ağızdan qida borusuna zond salındı və zondun ətrafında qida borusunun hər iki ucu bir birinə tikilərək Torokoskopik Qida borusunun plastikası olundu. Onuda qeyd edim ki, qida borusu atreziyası hər 4500-5000 uşağın birində rast gəlinir, oğlan uşaqlarında rasgəlmə tezliyi 59%-dir

Müəllif: PhD Op.Dr.Togrul Omarov

 usaqcerrahi.az

 Sosial: https://www.facebook.com/usaqcerrahitogrulomarov

https://www.instagram.com/drtogrulomarov_ushaq_cerrahi

https://www.youtube.com/channel/UCp6mLrKSjzvo7-IrEwwz5-g

Əlaqə nömrəsi: +994506729224 , +994514100966

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır