Yara izlərini yox edən GEL - Alimlərin yeni kəşfi
12 NOYABR
254

Yara izlərini yox edən GEL - Alimlərin yeni kəşfi

"Biomaterial Science” jurnalında dərc olunan bir məqalədə deyilir ki, çinli elm adamları ipək zülalından yaraların iz buraxmadan sağalmasını təmin edən, hüceyrələrə yapışa bilən və orqanizmi demək olar ki, heç bir mənfi təsirə məruz qoymayan gel istehsal ediblər.
Tibb.fins.az xəbər ki, elm adamları apardıqları araşdırma zamanı ipək liflərin tərkibində olan yapışqan bir maddədən istifadə ediblər.
Gelin tərkibində olan zülal zəncirini dəri toxumalarına birləşdirmək üçün ultrabənövşəyi şüalardan istifadə olunub.  
 
Gelin istifadə olunduğu nahiyədə zədəli toxuma yerinə yeni bir dəri toxumasının əmələ gəldiyi müəyyən edilib. 
Antiseptik xüsusiyyətə malik olan bu gel bakteriyaların dəriyə nüfuz etməsinin qarşısını almaqdan əlavə həm də  sürətlə sağalmanı da təmin edir.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır