Uşaqlarda Kriptorxizm (enməmiş xaya) nədir? - Uzman Dr. Vüsal Cəfərov
14 NOYABR
767

Uşaqlarda Kriptorxizm (enməmiş xaya) nədir? - Uzman Dr. Vüsal Cəfərov

Kriptorxizm, və ya enməmiş xaya.

Xayanın enməməsi nədir?

Normalda oğlan uşaqlarında xayalar xayalıqda yerləşməlidir.

Kriptorxizm – oğlan uşaqlarında rast gəlinən və xayanın xayalıqda olmamasına verilən addır. Bu vəziyyət bir tərəfli və ya  iki tərəfli Kriptorxizm şəklində ola bilər. Xayalığa enməmiş xaya, enmə prosesində qarın içində, qasıq kanalında və xayalığın üst hissəsində qala bilər.

Kriptorxizmin səbəbləri nələrdir ?

Bildiyimiz kimi hamiləlik dövründə xayalar qarın içərisindən Gubernakulum adlı toxuma vasitəsi ilə qarın zarı-periton ilə birlikdə xayalığa enir. Normalda hamiləliyin son həftələrində artıq enmə prosesi tamamlanır. Öncə sol, sonra sağ xaya yerinə enir. Xayaların bu endiyi yolda hər hansı bir problem olarsa xaya tam enə bilmir və o səviyyədə qalır.

Diaqnozu necə qoyulur ?

Doğum sonrasında diqqətli bir şəkildə xayalıq muayinə edilərsə diaqnoz qoyula bilər. Əksər hallarda isə ailələr özləri uşağın xayalarının xayalıqda olmadığını müşahidə edərək və ya qasıqda şişkinlik şikayəti ilə həkimə müraciət edirlər. Dəqiq diaqnozu bir uşaq cərrahı tərəfindən muayinə edildikdən sonra qoyula bilər.

Əgər xaya əl muayinəsi ilə də hiss edilmirsə  nə etməli ?

Xayanın əl ilə palpasiya edilə bilməməsi halına - ələ gəlməyən xaya(non palpable testis) deyilir. Bunun 3 əsas səbəbi var.

1-  Xaya qarın içində ola bilər

2-  Anadangəlmə inkişaf etməmişdir-Xaya ageneziyası

3- Hamiləlik vaxtı enmə prosesində damarı burularaq çürüməsinə səbəb olmuşdur.(İntrauterin testis torsiyonu)

Bu durumda Laparoskopiya edilərək xayanın bu 3 problemdən hansına bağlı enmədiyi dəqiqləştirilir. (işıqlı boru vasitəsilə qarın boşluğu gözdən keçirilir-qapalı metod).

Müəllif: Uzman Dr. Vüsal Cəfərov

https://www.usaqcerrahi.com/

Sosial:

Facebook: https://www.facebook.com/UshaqCerrahi

Instagram: https://www.instagram.com/usaq_cerrahi_vusal_cafarov

Əlaqə nömrəsi: (050) 624 14 50

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır