Kişilərin 40-60%-də ginekomastiya var - Dr Rəşad Babayev
12 NOYABR
574

Kişilərin 40-60%-də ginekomastiya var - Dr Rəşad Babayev

Ginikomastiyanın ləğvi

Aparılan tədqiqatlar göstərir ki,kişilərin 40-60%-də ginekomastiya var. Ginekomastiyanın 3 növü var:
1. Qlandülar tip
2. Lipomatoz tip
3. Qarışıq tip
Qlandülar tipdə böyümə məmə toxuması hesabına olur. Lipomatoz tipdə böyümə yağ toxuması hesabına olur. Qarışıq tipdə isə böyümə hər iki toxumanın hesabına olur. Əməliyyatdan əvvəl məmə ultrasəs müayinəsi aparılır və hansı toxumanın məmədə üstünlük təşkil etdiyi aşkarlanır. Beləki, əgər piy toxuması üstünlük təşkil edərsə o zaman liposaksiya etməklə böyümüş məmə altında olan piy sorulur. Əgər döş vəzi toxuması üstünlük təşkil edərsə, o zaman areola ətrafından aparılan kiçik kəsiklə şişkinliyə səbəb olan mövcud toxuma çıxarılır.
Əməliyyat ümumi anesteziya ilə həyata keçirilir. Əməliyyat ortalama 30 dəqiqə çəkir. 3-5 gün sonra iş həyatınıza geri dönə bilərsiniz.

Müəllif: Dr Rəşad Babayev

https://www.facebook.com/doctorbabayev

https://plastikcerrahiyye.az

Əlaqə nömrəsi: (050) 333 30 10 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır