Ölkəmizdə piylənmə əleyhinə hansı müalicə metodlarından istifadə edilir? - Op.Dr. Aslan Abdulla
12 NOYABR
559

Ölkəmizdə piylənmə əleyhinə hansı müalicə metodlarından istifadə edilir? - Op.Dr. Aslan Abdulla

Tanınmış bariatrik cərrah, Səhiyyə nazirliyi yanında Azərbaycan Tibb Universiteti Tədris-Cərahiyyə klinikasının aparıcı həkimi Aslan Abdullayev "Ölkəmizdə piylənmə əleyhinə hansı müalicə metodlarından istifadə edilir?" sualını cavablandırıb. 
Piylənmənin müalicəsi üzrə mütəxəssis ən azından piylənmənin beynəlxalq təsnifatı barədə məlumatlı olmalıdır. Əgər bunu bilmirsə yaxşı olar ki, piylənmənin müalicəsi ilə məşğul olmasın. Təəssüf ki, bugün Azərbaycanda bu sahədə çox az sayda mütəxəssis var. Klinikaların da sayı çox azdı. Bu çətinlik piylənməyə kollektiv yanaşmanın olması ilə bağlıdır. Məsələ burasındadır ki, piylənmənin müalicəsi ilk növbədə bariatrik cərrahla endokrinoloq, kardioloq, pulmonoloq, psixoloq, psixiatr, qastoenteroloq, dietoloq arasında sıx koordinasiya olmasını tələb edir. İnsanların əksəriyyətnin bu haqda məlumatı yoxdur. Piylənmə zamanı digər xəstəliklərdə olduğu kimi ənənəvi müalicə metodları – düzgün qidalanma və düzgün həyat tərzi, xüsusi idman hərəkətləri, bir sıra dərman preparatlarının təyin olunması, mədə kiçiltmə əməliyyatı və s. tətbiq edilir. Piylənmənin ənənəvi müalicəsi müsbət effekt verir. Məsələn, piylənmənin pəhrizlə müalicəsi çəkini orta hesabla 6%, fizioterapiya ilə müalicəsi – orta hesabla 3%, dərman preparatları vasitəsilə müalicəsi – orta hesabla 1%, psixoterapiya vasitəsilə müalicəsi – orta hesabla 10% azaldır. 
ÜST-nın tövsiyyələrinə uyğun olaraq, bədən çəkisi indeksinin təfsiri işlənib hazırlanıb. Bədən çəkisi normaları – 18,5-24,99, Artıq çəki (piyənmədən qabaq) – 25—30, Birinci dərəcəli piylənmə — 30—35, İkinci dərəcəli piylənmə — 35—40, Üçüncü dərəcəli piylənmə — 40 və daha çoxdur. 
Bədən çəkisi indeksinin 35-40 olduğu zaman piylənmənin yeganə effektiv müalicəsi metodu cərrahi müdaxilədir. Bununla bariatrik və metobolik cərrahiyə sahəsindəki mütəxəssislər məşğul olur. Bariatrik əməliyyatların effektivliyi dünyada keçirilən bütün elmi tədqiqatlarla sübut olunub. Bariatrik əməliyyatdan sonra artıq çəkinin azalma göstəricisi əməliyyat növündən asılı olaraq orta hesabla 45%-dən 100%-ə kimidir.

Müəllif: Op.Dr. Aslan Abdulla

www.100yasha.az

Facebook: https://www.facebook.com/opdraslanabdulla

Instagram: https://www.instagram.com/dr.aslanabdulla

Youtube: https://www.youtube.com/user/alipauk

Əlaqə nömrəsi:  (+99450) 550-88-82  (+99412) 514-40-00

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır