Təzyiqi salan ən asan təbii resept
13 NOYABR
725

Təzyiqi salan ən asan təbii resept

Yüksək təzyiq xəstəliyinin müalicəsi üçün əvvəlcə yediklərinizə diqqət etməlisiniz.
Tibb.fins.az metbuat.az-a istinadən xəbər verir ki, duz, şəkər, doymuş yağlardan normadan artıq istifadə etmək olmaz. Eyni zamanda, hər gün özünüzü yormadan idmanla məşğul olmağınız məsləhətdir. Həkimlər deyir ki, bir çox araşdırmaya görə, ürək sağlamlığını qoruyan güclü qidalardan biri sarımsaqdır. Sarımsaq sayəsində yüksək xolestrol səviyyəsi nəzarət altına alınır və qan dövranı normal səviyyəyə gəlir.
Yüksək təzyiq xəstəliyini xalq təbabəti üsulları ilə müalicə etmək istəyirsinizsə, sarımsaqdan istifadə edə bilərsiniz.
Bunun üçün ehtiyacınız olan məhsullar:
20 baş soyulmuş sarımsaq
1 lt zeytun yağı
Şüşə qab
Hazırlanması çox sadədir. Sarımsaqları təmizləyib 2 yerə bölün. Şüşə qaba atıb üzərinə zeytun yağı tökün. 3 həftə saxladıqdan sonra hər gün 2 dilim çörəyin üzərinə sürtüb yeyə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır