Kişi sonsuzluğu və sonsuzluğa səbəb olan faktorlar hasılardır? - Dr. Araz Bayramov
13 NOYABR
550

Kişi sonsuzluğu və sonsuzluğa səbəb olan faktorlar hasılardır? - Dr. Araz Bayramov

Infertilite-sonsuzluq nedir?

Sonsuzluq- evli cütlüyün 1 il müddətində qorunmadan, müntəzəm cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin olmamasıdır. Sonsuzluq tək fərdin deyil, bir ailənin problemidir. Sonsuzluq müddəti, 1-cili veya 2-cili olması, sperma analizi və qadın yaşı ən önəmli faktorlardandır. Sonsuzluğun 1/3-i kişi, 1/3-i qadın 1/3-də isə həm kişi, həm qadın səbəbli olur.

Günümüzün reallığında hamiləlik olmadığı zaman ilk müraciət edilən ginekoloqlardır, sonsuzluqda kişi faktorunun 30-40 % olduğunu nəzərə alsaq kişilərin də bu mövzuda nə qədər önəmli olduğunu görürük. Övlad sahibi olmaq üçün xərclənən maddi, uzun müddətli müalicələr, itirilmiş vaxt və.s nəzərə alınmalıdır. Sonsuzluq şikayəti zamanı kişi və qadın eyni zamanda, qadın ginekoloq, kişi isə uroloq-androloq tərəfindən müayinə edilməlidir.

Kişi cinsiyyət sisteminin fiziologiyası

Kişi cinsiyyət sistemi - penis ( kişi cinsiyyət orqanı), prostat vəzi, toxum kisəcikləri, xaya və xaya artımları və.s və bunları bir-birinə bağlayan toxum çıxarıcı kanallardan ibarətdir. Beyində yerləşən hipofiz vəzidə hazırlanan LH( lüteinləşdirici) və FSH ( follikul stimuləedici) hormonları xayalarda davamilə testosteron ifrazına ( kişi cinsiyyət hormone) və spermatogenezə ( sperma yaranmasına) səbəb olur.Xayanın 85-90%-ni germinal hüceyrələr və onlara dəstək olan sertoli (qidalandırıcı) hüceyrələri təşkil edir,germinal hüceyrələrdə sperma yaranır( 1 spermanın yaranması 70-75 gün çəkir). Xayada yaranmış ilkin spermatazoidlərin yumurta hüceyrəni mayalandiracaq qabiliyyəti olmur,xaya artımınmdan keçdikcə yol boyu mayalanma qabiliyyəti qazanır ( bu müddət 12 gün çəkir), daha sonra toxum kisəcikləri və prostat şirəsi qarışaraq tam xaric olunacaq eakulyant halını alır, beleliklə qadın cinsiyyət yollarında rahatca irəlləyib yumurta hüceyrəni mayalandırırlar.

Kişi sonsuzluğuna səbəb olan faktorlar hansılardır?

  1. EAU 2010 (Avropa Uroloqlar Assosasiyası)
  2. İdiopatik sonsuzluq (səbəbi məlum olmayan) - 31 %
  3. Varikosel – keçid varikosel səhifəsinə - 15.6 %
  4. Hipoqonadizm - 8.9 %
  5. Urogenital infeksiyalar - 8.0 %
  6. Enməmiş xayalar (kriptorxizm) - 7.8 %
  7. Seksual və sperma depolanmasının pozulması - 5.9 %
  8. İmmunoloji sonsuzluq - 4.5 %
  9. Sistem xəstəlikləri - 3.1 %
  10. Obstruksiyalar - 1.7 %
  11. Digər faktorlar - 5.5 %

Digər faktorlara aiddir:

  • Toksinlər (qəbul edilmiş bəzi dərman preparatları, radiasiya)
  • Travma
  • Böyrək çatışmazlığı
  • Qaraciyər xəstəlikləri
  • Xaya şişləri
  • Xaya travması (yaralanma)
  • Nevroloji (Sinir Sisteminə aid) patologiyalar
  • Siqaret və spirtli içkilər (Spermanın sayını azaldır və quruluşunu pozur)

I. Boşalmanın olmaması (eakulayasiyanın olmaması

  1. Qəbul edilmiş dərmanlar
  2. Keçirilmiş əməliyyatlar
  3. Şəkərli diabet4. Psixoloji pozunluqlar

II. Oliqospermiya (azalmış sperma sayı) (oliqospermiyaya keçid)

  1. Kriptorxizm (enməmiş xaya)
  2. Varikosel (damar genişləməsi) keçid varikosel səhifəsinə
  3. Dərman preparatları
  4. Endokrin patologiyalar (hormonal pozğunluqlar)

III. Azospermiya (spermanın olmaması)

  1. Genetik faktorlar
  2. Germinal aplaziya
  3. Maturasiya arresti

IV. Normal sperma olmasına baxmayaraq hamiləliyin olmaması

  1. Anormal cinsi əlaqə vərdişi (seyrək və ya tez-tez)
  2. Sperm morfologiyasının pozulması (sperma qurluşunun)
  3. İmmunoloji faktorlar
  4. Səbəbi bilinməyən
  5. Antispermal antitellər

    Müəllif: Dr. Araz Bayramov

    http://www.draraz.com/

    https://www.facebook.com/uroloqandroloqdr.arazbayramov/

    Fransa təhsilli Uroloq AndroloqDr. Araz Bayramovla görüş götürmək üçün:

    Əlaqənömrəsi: (+99455) 255-55-45

    Whatsapp : (+99450) 234 55 60

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır