Hansı hallarda Qanlı sidik ifrazına rast gəlinir - Op. Dr. Araz İbrahimov
13 NOYABR
677

Hansı hallarda Qanlı sidik ifrazına rast gəlinir - Op. Dr. Araz İbrahimov

Müəllif: Op. Dr. Araz İbrahimov

Sosial: https://www.facebook.com/araz.ibrahimov.18

Əlaqə nömrəsi: (+99450) 355 44 30    

Sidikdə qanın görülməsi (Makrohematuriya) sidik yolu infeksiyas, uroloji daş xəstəliyi, onkolojiyə qədər bir çox önəmli xəstəliyə işarət edir və müalicəsində yaranan gecikmə həyati təhlükəyə yol açır.

Makrohematuriya mütləq araşdırılması lazım bir haldır. Bəzi qida maddələri,dərman preparatlarının qəbulu, ağır fiziki iş və idmanla məşğul olan zamanda sidikdə qan görülə bilər.

Biz bu əlaməti normal qəbul edərək riskə atmamalıyıq və ümumi sidik, qan və radiolojik testlərlə müayinələri bir qədər dərinləşdirməliyik. Sidikdə qan olması əlamətilə bərabər vücudda ağrı, sancı, yanma, temperaturun olub olmamasına diqqət edilməli və olduğu hallarda mütləq mütəxəssisə müraciət edilməlidir.

Ən çox rastlanan hallar: "Sidik yolu infeksiyası", "Uroloji daş xəstəliyi", "Prostat vəzin adenoması", "UroOnkoloji xəstəliklər", "Travma, orqan zədələnmələri", "Bəzi dərmanların qəbulu(qan durulducular,pensilinlər,onkoloji preparatlar) agır fiziki iş".

Müalicə:Qanlı sidiyə çıxma hər bir halda ətraflı müayinə edilir və xəstəliyə görə düzgün müalicə taktikası seçilir .Buraya antibiotik qəbulundan planlanan geniş radikal əməliyyatlarda daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır