Ramil Nəcəfov: Bizim əsas məqsədimiz əməliyyatdan iki gün sonra xəstənin gəzməsidir
14 NOYABR
203

Ramil Nəcəfov: Bizim əsas məqsədimiz əməliyyatdan iki gün sonra xəstənin gəzməsidir

Tibb.fins.az-ın növbəti müsahibi DİN hospital travmotologiya şöbəsinin rəisi Ramil Nəcəfovdur

Travmatologiya sahəsində məhz sizin tətbiq etdiyiniz xüsusi üsul var?

Travmatologiya tibbdə  cərrahiyyənin ən qədim qollarından biri sayılır on görə bu sahədə deyilməli sözlərin çoxu deyilib bizə qədər.Burda qeyri-adi söz söyləmək çətin məsələdir çünki,bizə qədər yüz illərdir bu işin üstündə işləyirlər.Çox nadir ölkələr var ki,orada məhz tibblə bağlı olmamışam.Hindistandan tutmuş Finlandiyaya qədər İtaliya,Almaniya,Macarıstan,Türkiyə,Rusiya bir çox sadalamadığım ölkələrdə olmuşam.Hərədən bir təcrübə toplamağın əlbəttə ki, ancaq faydası var.Əsasən də Rusiyada gördüklərim xüsusiylə mənə böyük təcrübə qazandırıb.Tarixən uzun illər müharibələr etmiş bir dövlətdə sınıqların,zədələrin çeşitləri təbii ki, çoxdur.Rusiyada adamın ağlına gəlməyən zədələr almış xəstələrlə tez-tez rastlaşmaq mümkündür.

Xaricdə təcrübənin əsas üstünlüyü sizin yeni metodlar öyrənmək imkanı əldə etməyinizdir?

Xarici ölkələrdə olmağın əsas üstünlüyü yeni metodlarla yanaşı çoxçeşidli əməliyyatları görmək təcrübə toplamaq imkanıdır.Çoxsaylı,çoxçeşidli əməliyyatlar görmüşəm,müxtəlif əməliyyatlarda iştrak etmişəm.Ölkədə  çox az sayda  qapalı əməliyyatlar edilirdi.2005-2006-cı ildən sonra Azərbaycanda daha kütləvi şəkildə qapalı  əməliyyatlar həyata keçirilməyə başlandı.Doğrudur bizdən əvvəl 1995-1996-cı illərdə professor Eldar Abbasov ölkəmizdə travmatologiya sahəsində qapalı əməliyyatların edilməsində başlamışdı ancaq biz onun başladığı işi uğula davam etdirdik.Biz ikinci nəsil kimi başladıq və çox uğurlu şəkildə bu yolu davam etdiririk.

Öz sahənizdə məhz özünüzün zövq alaraq etdiyiniz əməliyyat var?

Özümün zövq aldığım əməliyyatlar var.Protezlərlə bağlı əməliyyatlar,ortoskopilərlə bağlı əməliyyatlar daha sonra ağır sınıqların sintezləri  ilə bağlı əməliyyatlar mənim zövqlə etdiyim əməliyyatlardır.Xəstənin ağırlığı nə qədər çox olursa və etdiyim əməliyyatın nəticəsi uğurlu olursa özüm zövq alıram.Əsasən budda,baldırda qəlpəli açıq sınıqlar var ki,damarların zədələnməsi ilə müşaət olunur və əksər hallarda çox ağır fəsadlaşma verə bilir.Fəsadlaşma vermədiyi halda belə əziyyət çəkib əməliyyatlar edirik.Doğrudur fəsadlar da olur .Fəsadsız iş demək olar mümkün deyil.Dünyanın bütün ölkələrində fəsadlı əməliyyatlarla rastlaşmaq mümkündür.Bu gün çox təəssüf ki, deyilir ki,ancaq Azərbaycanda fəsadlı,uğursuz əməliyyatlar olunur.Ancaq reallıqda başqa ölkələrdə fəsadlı  əməliyyatlar bizim ölkədən qat-qat çoxdur.Yalnız bizim ölkədə bu faktlar təəssüf ki, çox  qabardılır.

Belə bir fikir var ki,həkimlər əsas təcrübə ilə öyrənirlər nəzəri biliklərin rolu həkimin fəliyyətində çox azdır.Necə fikirləşirsiniz nəzəriyyə doğrudan da vacib deyil?

Yox minimum 60% nəzəri biliklərin olmalıdır.Tibbdə nəzəriyyə çox vacib amildir.Nəzəriyyə mütlədir.Amma tərübə də vacibdir.Bilirsiniz  insanın səhvlərinin cəminə təcrübə deyilir.Yaxşı olar ki,təcrübəni biz başqalarının səhvlərində öyrənək.Xaricə getməkdə məqsəd də budur ki,başqa cərrahlar hansı əməliyyatları edir və hansı əməliyyatın nəticəsi pis olursa onu öyrənib həmin səhvi bizim xəstələrdə etməyək.Bir sözlə xarici cərrahın təcrübəsindən faydalanmaq vacibdir.Bir var hansısa rayonda əhalinin sayı 50min-60 min həkimin 30 illik təcrübəsi olsa da o çox təcrübəli hesab olunmur.Məsələn mən Sankt-Peterburq şəhərində olmuşam 10milyon əhalisi var, orda artıq oradakı həkimin təcrübəsi daha çox olacaq.Təcrübə xəstələrin sayının çoxluğu çeşidliliyi,ağırlılığı ilə birbaşa bağlıdır.Yəni sən təcrübəni bir ilə də qazana bilərsən 20 ilə qazanmaya da bilərsən.Bu düşdüyün mühitdən aslıdır.

Sümüklərin bərk olması üçün hansı qidaları məsləhət görürsünüz?

Sümüklərin bərk olmağı üçün mədə-bağırsaq sistemi sağlam olmalıdır.İnsanın yediyi normal həzm olunmalı,bədənə sorulmalıdır.Əsas vitaminlərə diqqət etməliyik.Sümüklərin möhkəmliyini təmin edən D vitamini var ki,respublikamız günəşli olsa da indiki dövrdə 80% insanda həmin vitamin çatışmır. İnsanların çoxu ostioparozdan,sınıqlardan əziyyət çəkir.

Hansı yaş dövründə sınıqlar daha çox müşahidə olunur?

Uşaq doğulandan böyüyənə qədər sümüklərdə elastiklik olur.Elastiklik nə qədər çox olursa sınmaq etimalı bir o qədər az olur.Sınıq olsa belə yerdəyişməsi az olur.Yaş artdıqca sümüklərdə qeyri üzvü maddələrin miqdarı çoxalır,elastiklik,bədənin suyu azalır sümüklər zəifləyir.Ani bir hərəkətdə ostioporoz baş verir sümüklər sınır.Kompression sınıqlar var ki, insan oturduğu yerdə sümüyünü,onurgasını sındıra bilir.Yaş nə qədər aşağıdırsa sınma etimalı bir o qədər azdır.Sınığın bitişməsində də yaş faktoru çox önəmlidir.Məsələn 1 yaşı tamam olan uşağın bazu yaxud körpücük sümüyü 1 həftəyə 5 günə,böyük adamda 1 ay yarıma bitişir.Sınıq etimalı yaş artıqca artır.Bildirmək istəyirəm ki, el arasında sınıqçı kimi tanınan insanlar deyir “uşağın oynağı çıxmışdı yerinə saldım”.Məlumat vermək istəyirəm uşaqlarda 5 yaşına kimi dirsəkdə mil sümüyünün başından başqademək olar ki, çıxığa rast gəlinmir.Hansısa sınıqçının 5 yaşda uşağın çiyni çıxmışdı deməyi gülməli səslənir.Belə hal olmur, rast gəlinmir.Əhaliyə bildirmək istəyirəm ki, sınıqçıların xidmətindən imtina etməyin vaxtı çoxdan çatıb.Əgər hər hansı sınıqçı insan bədənində olan 220 sümükdən 20-sinin adını çəkə bilsə mən sözümü geri götürə bilərəm.Sınıqçılarınxidmətindən istifadə təhlükəlidir.Sınıqçıya müraciət edib onların məsləhətinə əməl edən çoxsaylı xəstələr var ki,xəsarət aldığı ətrafı omputasiya olunub,yaxud  zədələnən nahiyə qanqrena olub,çoxsaylıəyri bitişmə halları ilə rastlamışam. İnsanlarımız müasir dövrə uyğunlaşmalı,inkşaf etməlidir sınıqçılara deyil həkimə müraciət etməlidir.O faktı da diqqətinizə çatdırmaq istəyirəm ki,sınıqçılar bizim ölkədən başqa heç bir ölkədə yoxdur.

Hansı travmatoloji xəstəliyin Azərbaycanda müəlicəsi yoxdur?

Şəxsən mən Azərbaycanda müəlicəsi olmayan travmatoloji xəstələlik bilmirəm.Bəzi işbazlar var ki, xarici klinikaların ölkəmizdə ofislərini açırlar.Külli miqdarda maliyyənin xətrinə azərbaycanlı həkimlərin antireklamı aparılır.Mən faktlar deyə bilərəm ki,xəstələr başqa  ölkələrdən Azərbaycana gəlib müalicə alıb öz ölkəsinə qayıdıb.Azərbaycana müalicə almaq üçün gələn kifayət qədər xəstələr var. Mənə yox digər həkim dostumuza Argentinadan,Brazilyadan xəstə müraciət etmişdi və Bakıda əməliyyat olunaraq uğurlu nəticə ilə ölkəsinə qayıtmışdır.Bir faktı da deyim ki,Türkiyənin bəzi dünya şöhrətli unversitetlərində azərbaycanlı cərrahlar dəvət olunur onlardan defornasiyanın İlizarov üsulu ilə bərpa olunması təcrübəsi öyrənilir.Belə ki, İlizarov üsulunun tətbiqini postsovet məkanında daha uğurlu həyata keçirən həkimlər bizim ölkədə çoxluq təşkil edir.İlizarov özü Azərbaycanda doğulub böyümüş yahudi əsilli cərrahdır amma Azərbaycan həkimləri ilizarov üsulunu Rusiyadan öyrənsə də bu üsulu kifayət qədər mükəmməl tətbiq edə bilirlər.Mən o üsulu çox sevməsəm də bəzən ilizarov üsulunun əvəzi yoxdur.Məsələn infeksiyalaşmış açıq sınıqlarda başqa seçim yoxdur ilizarov üsulu əvəzsizdir.

Hazırda işlədiyiniz xəstəxanada xəstələrinizin əksəriyyəti polislərdir.Təkcə polislər üçün spesifik olan travmotoloji xəstəlik var?

Polislərin əksəriyyəti idmanla məşğul olduğu üçün idman travmalarına çox rast gəlinir.Məsələn diz oynağının çarpaz əməliyyatları hansı ki,bizə bununla bağlı çox tez-tez müraciətolunur.Təqaüdə çıxan polislərdə isə bud sümüyünün boynunda olan sınıqlara tez-tez rast gəlinir.Çox təəssüf ki,hələ də bəzi yerlərdə şurup qoymaqla xəstəni uzunmüddətli yatağa məhkum edirlər.Bir xəstənin daha doğrusu 65-70 yaşdan sonra 2 aydan çox yataq şəraitində qalmasıartıq sübut olunmuş fakdır ki, 80% ölümə bərabərdir.Ona görə əsasən yaşlı xəstələrimizlə bağlı ən ümdə məqsədimiz o olmalıdır ki,ən qısa zamanda xəstənin hərəkəti bərpa olunsun.Hərəkətsiz həyat yoxdur.Bizim əsas məqsədimiz əməliyyatdan iki gün sonra xəstə gəzməlidir.Gəzməyəcəksə müalicəsi də uğursuz olacaq.Yatanda ağ ciyər çatışmazlığı başlayır,ürək çatışmazlığı digər orqanların fəaliyyətində ətalət yaranır.Onu da qeyd etmək istəyirəm ki, bu əməliyyatlarda şurupun əvəzinə implantların tətbiqi həm də nisbətən çox maliyyə tələb edir.Bu əməliyyat məcburi göstəriş olduğu halda xəstəni və yaxınlarını maksimum başa salmaq lazımdır ki,xəstənin hərəkətinin bərpası üçün şurup yox,implant tətbiq edilməlidir.Artroplastikalarda,endoprotezlərdirən qısa vaxtda xəstəyə protez taxılır və xəstə gəzməlidir, yatağa məhkum olmamalıdır.Onu da nəzərinizə çatdırmaq istərdim ki,şurup indi də göstərişə görə tətbiq olunur amma bu çox az hallar üçün xarakterikdir.

Travmatologiyada protezlərin tətbiqi riskli deyil ki?

Əməliyyat özü riskdir.Əməliyyat olunmasa xəstənin vəziyyəti onsuzda yaxşı olmur.Əməliyyatın riski 10%-dirsə əməliyyat olunmamağın riski 80%-dir.Belə vəziyyətlərdə biz risk faizini nəzərə alıb müəyyən addımlar atırıq.

Travmatologiyanın müasir dövrdə ən aktual, həll olunmamış problemi nədir?

Travmatologiyanın ən aktual problemlərindən biri ostemelitdir yəni sümüklərdəolan infeksiyalardır.Bu ağır və müalicəsinə böyük məbləğlər,səbr,zaman tələb olunan bir prosesdir. Bu gün tərəfimizdən həmin əməliyyatlar icra olunur. Xəstələrə izah olunur bu ağır,ciddi məşğul olmalı uzunmüddətli prosesdir. Bəzi hallarda həkimin və xəstənin iradəsindən aslı olmayan ağırlaşmalar müşahidə oluna bilər. Xroniki proses olduğu üçün kəskinləşməyə meyililik göstərir.Bu bütün dünyada travmatologiyanın əsas problemidir. Onu da nəzərinizə çatdırım ki,postsovet məkanında ostiomelit mərkəzi iki ölkədə var. Biri Rusiyada digəri Azərbaycanda. Hazırda Azərbaycanda travmatologiya çox yüksək səviyyədə inkişaf edib. Bu gün Azərbaycanda yüksək səviyyədə skolioz əməliyyatları icra olunur.Xarici ölkələrdə bu əməliyyatlar çox maliyyə tələb edən əməliyyat hesab olunur amma bizdə cuzi məbləğlə edilir.

Öz sahənizdə elə bir əməliyyat var ki,o əməliyyatı sizdən yaxşı demək olar heç kim edə bilmir?

O sözü demək bir az iddialı səslənər.Əsasən gənc nəsli nəzərdə tutsaq 2000-ci ildən sonrakı dövrdə təhsili başa vuranlar və professor Eldar Abbasov məktəbinin tələbələri var ki,onlar və biz sovet dövrü bitirən həkimlərdən fərqli olaraq əsasən qapalı,oynaqdaxili əməliyyatlar edirik.Böyük kəsik aparılmadan xırda 5 mm-lik kəsikdən daxil olub əməliyyat həyata keçiririk.Amma onu da qeyd edim ki,İlizarov aparatının tətbiqi ilə bağlı bizdən öncəki nəsil bizdən daha peşəkardırlar.Çünki onlar o sahədə daha çox işləyiblər. Həkimlik fəaliyyətində xəstələrin sayı məsələsi çox önəmlidir.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır