Dispenser pompalarındakı təhlükə! - Ölümə qədər aparan yol
15 NOYABR
670

Dispenser pompalarındakı təhlükə! - Ölümə qədər aparan yol

İndi demək olar ki, hər bir ofisdə və evlərdə dipenser sularından istifadə edilir. Əslində sağlamlıq baxımından dipenser suyunu istifadə etmək daha məqsədəuyğundur. Çünki krant suyunun tərkibində olan çöküntüləri və xəstəliktörədən mikroorqanizmləri məhv etmək məqsədilə kimyəvi maddələr vurulur. 
Bu isə məişətdə istifadə edilən suyun yararlılıq səviyyəsini azaldır. Belə suyu əsasən də dəfələrlə qaynadaraq istifadə etmək sağlamlığa ciddi zərər vura bilər. 
Krant suyunun məişətdə işlətmək üçün yararlı olmadığını düşünən insanlar dispenser suyu alaraq onu pompa vasitəsilə istifadə edirlər. Lakin bu zaman sağlamlıqlarına daha çox ziyan vurduqları isə ağıllarına belə gəlmir. Çünki dispenserdə satılan qablaşdırılmış sənaye suyu nə qədər ekoloji təmiz və sağlamlıq üçün tam təhlükəsiz olsa da, ucuz və keyfiyyətsiz plastik  materialdan hazırlanan pompa vasitəsilə istifadə edildikdə orqanizm üçün real təhlükəyə çevrilir.  
Tibb.fins.az xəbər verir ki, plastik pompaların içində yerləşən filterlər keyfiyyətsiz, səthinin həddən artıq çıxıntılı olması səbəbindən patogen bakteriyaların çoxalması üçün münbit şərait yaranmış olur. Bu bakteriyalar immun sistemi zəif olan insanlarda (SPİD, xərçəng xəstələri, yaşlı insanlar) infeksiyaya səbəb olaraq hətta ölümə də apara bilər.
Dünya miqyasında minlərlə insan su yolu ilə yoluxan xəstəliklər səbəbindən dünyasını dəyişir. Bunlardan ən çox yayılanı vəba, dizenteriya, tif  xəstəlikləridir. 
Bu bakteriyalar sözügedən pompaların səthində asanlıqla yaşaya və çoxalma qabiliyyətlərinə malikdirlər. Buna görə də sağlamlığa ciddi şəkildə zərər vuracaq bu cür plastik tərkibli qurğulardan bacardıqca az istifadə etmək  və ya daha keyfiyyətlisini almaq məsləhətdir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır