Sizin də böyrəyinizdə daş var? - Uroloq Dr. Araz Bayramov
16 NOYABR
282

Sizin də böyrəyinizdə daş var? - Uroloq Dr. Araz Bayramov

Son illər böyrək daşlarından əziyyət çəkən xəstələrin sayı sürətlə artır. Hər üç nəfərdən biri böyrək daşlarından əziyyət çəkir ki, onlardan da ikisi sonradan böyrəyini itirmək təhlükəsi ilə üz-üzləşir.

Böyrək daşları vaxtında aşkarlanmadıqda daş böyüyür və sidik axarına düşərək, hidronefroz yaradır. Bu da öz növbəsində böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır.

Qabaqlar böyrək daşları açıq kəsik üsulu ilə aradan qaldırılırdısa, artıq bu problem heç bir ağrı, kəsik olmadan, endoskopik üsulla müalicə olunur. Xəstə bir günə əmək qabiliyyətini bərpa edir və evə yazılır.

Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uroloq-cərrah, Dr. Araz Bayramov ölkəmizdə ilk dəfə olaraq laporoskopik uroloji əməliyyatları, laporoskopik parsial nefrektomiya, ikitərəfli böyrək daşlarının eyni anda müalicəsini həyata keçirir.

Siz Dr. Araz Bayramovun xidmətlərindən yararlanmaqla heç bir kəsik, ağrı və stress olmadan yarım saata illərdir sizi narahat edən problemdən – böyrək daşlarından birdəfəlik azad olursunuz!

Xatırladaq ki, Araz Bayramov Avropada təhsil alıb və uzun müddət Fransanın məşhur Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah kimi çalışıb.

Dünyanın məşhur “Amerikan” və “Klivlend” klinikaları ilə əməkdaşlıq edən uzman Dr. Araz Bayramov hazırda MTN-nin Hospitalında və “Baku Clinic”də uroloq kimi fəaliyyət göstərib.

Fransa təhsilli Uroloq Dr. Araz Bayramovla əlaqə saxlamaq üçün:

Müəllif: Dr. Araz Bayramov

http://www.draraz.com/

https://www.facebook.com/uroloqandroloqdr.arazbayramov/

Fransa təhsilli Uroloq AndroloqDr. Araz Bayramovla görüş götürmək üçün:

Əlaqənömrəsi: (+99455) 255-55-45

Whatsapp : (+99450) 234 55 60

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır