Piylənmə niyə xərçəng riskini artırır?
16 NOYABR
239

Piylənmə niyə xərçəng riskini artırır?

Yeni elmi tədqiqat dolu insanlarda xərçəngə tutulma ehtimalının daha yüksək olmasını izah edə bilər, alimlər bildirir.

Araşdırmanın nəticələrinə əsasən xərçəng toxumalarını məhv edən hüceyrələr piylə dolaraq funksiyasını yerinə yetirə bilmir.

Britaniyada piylənmə siqaret çəkməkdən sonra qarşısı alına biləcək sayca ikinci xərçəng səbəbkarı sayılır.

Beləki, 20 xəstəlik hallarından ən azı birində xərçəng aşırı çəki nəticəsində əmələ gəlib.

Ekspertlər əvvəl də ehtimal edib ki, piy hüceyrələri zədələməklə xərçəngə yol açan siqnallar göndərir və xərçəng hüceyrələrinin sayını artıra bilər.

Trinity College Universitetində aparılan tədqiqatın nəticələri Nature Immunology dərgisində dərc olunub.

Araşdırma xərçənglə mübarizə aparan hüceyrələrin piylə necə dolmasını göstərir. Alimlər "xərçəng qatilləri" sayılan bu hüceyrələrin mücadilə qabiliyyətini qaytaracaq müalicə üsullarının yaradılmasına ümid edirlər.

"Çəki itirin"

"Təbii qatil hüceyrələr tərəfindən piyin qəbulunun qarşısını ala biləcək maddə problemə çarə ola bilərdi", - professor Lydia Lynch deyir.

Onun sözlərinə görə laboratoriya sınaqları bu üsulun effektiv olduğunu göstərib.

"Lakin çəki itirmək bundan üstün vasitədir - çünki o, sizin üçün daha sağlam üsuldur".

"Piylənmənin 13 xərçəng növünə risk yaratdığı məlum olsa da, biz bu əlaqənin arxasında duran mexanizmi hələ ki, tam başa düşməmişik", - Xərçəng araşdırmaları üzrə Britaniyanın Cancer Research Beatson Institutundan dr. Leo Carlin bildirir.

Xərçəng riskini necə azaltmaq olar

  • Sağlam çəki saxlayın
  • Siqaret çəkməni tərgidin
  • Sağlam qidalanın
  • Alkoqolun həcmini azaldın
  • Günəş yanıqları almaqdan yayının
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır