Son dövrün bəlası ASTİQMATİZM
19 NOYABR
221

Son dövrün bəlası ASTİQMATİZM

Astiqmatizm gözün optik sisteminin qüsurudur. Bu zaman gözün şüa sındırma qüvvəsinin fəaliyyəti pozulur. Gözdə iki əsas, bir-birinə perpendikulyar meridian olur. Bunlardan biri güclü, digəri isə zəif şüasındırma qabiliyyətinə malikdir. 
Tibb.fins.az axşam.az-a istinadən xəbər verir ki, astiqmatizm xəstəliyinə son vaxtlar gənclər arasında tez-tez rast gəlinir. Astiqmatiya zamanı gözün görmə qabiliyyəti zəifləməsə də, inkişafı dayanır. Bu zaman xəstə əşyaları aydın görə bilmir. Əgər xəstəliyi vaxtında müalicə etməsəniz bu zaman o, göz çəpliyinə və ya görmə qabiliyyətinin tamamilə itməsinə səbəb ola bilər.
Xəstəliyin əlamətləri:
Başağrısı
Görmə qabiliyyətində qeyri-müəyyənlik
Gözdə təzyiqin olması
Halsızlıq
Gözdə ağırlıq hiss etmək
Astiqmatizmin əmələ gəlməsinə səbəb:
Gözdə aparılan əməliyyatlar
Zədələr
İrsi faktorlar
Buynuz qişanın xəstəlikləri
Xəstəliyin son vaxtlar ən çox yayılan səbəbi isə kompüter qarşısında çox oturmaqdır
Müalicəsi:
Astiqmatizmi müalicə etmək o qədər də çətin deyil. Bunun üçün müalicəvi eynəklərdən və linzalardan istifadə etmək lazımdır. 
Gözlərinin qayğısına qal:
3 çay qaşığı qurudulmuş qaragilə yarpağını bir stəkan qaynar suya töküb, 1 saat saxla. Gün ərzində bu məlhəmi iç. 
Gözdəki yorğunluğu aradan qaldırmaq və görmə qabiliyyətini yaxşılaşdırmaq üçün çoxlu qaragilə yemək məsləhətdir.
1 litr qaynar suya 50 qram gözotu (oçanka) töküb, 3 saat saxla. Gün ərzində üç-dörd dəfə bu qarışıqdan içmək asteqmatizmi sağaldacaq. 
Asteqmatizm zamanı kök, xiyar, çuğundur, sarımsaq kimi tərəvəzləri, şüyüd, ispanaq, kərəviz və cəfəri kimi göyərtiləri yemək lazımdır. Bunları ətçəkən maşından keçirdib, şirəsini də içmək olar. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır