Alkoqol və maddə asılılığı - Uzm.Dr.Azer Bagirov
19 NOYABR
416

Alkoqol və maddə asılılığı - Uzm.Dr.Azer Bagirov

Günü gündən spirtli içkidən daha çox istifadə edən insanda ALKOQOL asılılığı inkişaf edir.

Alkaqol rahatladıcı və əhval-ruhiyəni təsirinə öyrəşən insan onu tez-tez yaşamaq istəyir və onun alkoqoldan dayanıqlı asılılığı yaranır.

Getdikcə alkoqol asılılığı daha da aktual problemə çevrilir. Bu problemdən əziyyət çəkənlərin sayı gündən günə artmaqdadır.

Əvvəl az-az və təntənəli günlərdə spirtli içkilərdən istifadə edən, daha sonra alkoqolqəbulunu və miqdarını tezləşdirir. İnsanın həm miqdar, həm şərait üzərində nəzarəti itir.

Həftədə 2 gündən daha çox və bir oturuşda 5 standart içkidən daha çox alkaqol istifadə edən insanlar təhlükəli içicilik səviyyəsinə gəlmiş olurlar.

1 Standard içkidə 14 gr saf alkaqol olur.

Analoqları

1 şüşə pivə (330-360 ml)

1 qədəh şərab (150 ml)

1 kiçik qədəh vodka (araq), viski, cin, rakı (45ml)

Alkoqolun təsiri altında insanın fikirləri ancaq

➡ spirtli içkilərə yönəlir,

➡maraq dairəsi daralır,

➡insan öz yaxınları, ailə üzvləri yerinə özü kimi fasiləsiz içkidən sui-istifadə edən tanışlarla oturub-durur.

Onlarla birlikdə hər cür yolla alkoqol tapmaq istəyi ən vacib və hətta yeganə məqsədə çevrilir.

➡Yaxınları onu müalicəyə yönəltmək istəyəndə onun agressiv davranışına məruz qalırlar.

➡Alkaqol asılılığı olan insanlara tez özündən çıxmaq, emosiyalarını toplaya bilməmək, əsəb gərginliyi səciyyəvidir.

➡İçkidən xroniki sui-istifadəyə görə insanda alkoqola qarşı öyrəşmə yaranır, və bu o deməkdir ki, orqanizm intoksikasiyaya qarşı artıq mübarizə aparmır.

Bu asılılığın müalicəsi insana, daxili orqanların toxumalarında gedən dağılma proseslərini dayandırmaga, psixikanı bərpa etməyə və əmək qabiliyyətini yüksəltməyə imkan yaradır.

Müəllif: Uzm.Dr.Azer Bagirov 

Web: www.azerbagirov.az

Facebook: https://www.facebook.com/drazerbagirov

Əlaqə nömrəsi: (077) 563 55 40 ,(050) 309 40 47

E-mail: [email protected]

Ünvan: Atatürk pr.3087, EGO Psixonevroloji Sağlamlıq Mərkəzi  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır