Üz gəncləşməsinin daha düzgün yerinə yetirilməsi üçün nə etmək lazımdır? - Dr Rəşad Babayev
19 NOYABR
501

Üz gəncləşməsinin daha düzgün yerinə yetirilməsi üçün nə etmək lazımdır? - Dr Rəşad Babayev

Gənc üzə sahib olma

Gənc üzə sahib olmaq çox asandır
Zaman keçdikcə illər bizim üzümüzdə öz izlərini qoyur. Yaşla əlaqədar olaraq üz dərisinin gizgiləri ovallığını itirir, dəri sərtləşir, sallanır,qırışlar əmələ gəlir,dəri qaz pəncəsinin dərisi kimi olmağa başlayır. Bəs yaşla əlaqədar olan dəri dəyişikliyinin qarşısını necə almaq olar? Necə etmək olar ki, güzgü qabağında dayanan zaman dərimizin on yaş cavan olduğunu görərək güzgüdəki görüntüdən müsbət enerji alaq?
Zaman keçdikdə bizim dərimizdə müxtəlif izlər meydana çıxmağa başlayır.Dəri sallanmasının və qırışların əmələ gəlməsinin əsas səbəbi kollagenlərin miqdarının azalması, zərərli vərdişlər və ekoloji təsirlərdir. Kollagenlərin miqdarının azalması dəri toxumasının strukturunun saxlanılmasında əsas rol oynayan amildir.



40 yaşdan başlayaraq isə dəridə əmələ gələn qırışların qarşısını müxtəlif kremlərin və prosedurların köməyi ilə almaq mümkündür.
Gözəl və cazibədar dəriyə estetik əməliyyat vasitəsilə də sahib olmaq mümkündür. Estetik dəri əməliiayatı ilə üz gəngləşdirməklə maksimum effekt əldə etmək mümkündür.

Plastik cərrah üz dərisinin cavanlaşdırılması üçün bir çox plastik əməliyyatlar həyata keçirirlər. Ən çox tətbiq edilən əməliyyat isə klassik SMAS – liftinq və endoskopik üzgərmə əməliyyatıdır. Bu əməliyyat üz plastik cərrahiyyəsində liderdir. Əməliyyat zamanı maksimum effekt əldə etmək üçün üzü korreksiyaedici manipulyasiyalarla: blefaroplasrtika, lipofilinq, boyun dərisinin dartılması ilə eyni zamanda həyata keçirmək lazımdır.
Yaşla əlaqədar olan üz əməliyyatları zamanı aşağıdakı nəticələri əldə etmək mümkündür:
- oval üz dərisinin gizgilərini formalaşdırmaq
- üz, boyun, çənəaltı(buxaq) nahiyələrdəki artıq dərini çıxarmaq və gərmək
- üzdə və boyun nahiyədə olan qırışıqlıqları aradan qaldılrmaq
- çənə alıtında olan ətlərdən xilas olmaq
- dodaq və dodaqətrafı nahəyədə olan dəri sallanmasından xilas olmaq
- dərin qırış və çökəkəliklərdən xilas olmaq(lipofiliqlə)

Bəs üz gəncləşməsinin daha düzgün yerinə yetirilməsi üçün nə etmək lazımdır?
Əməliyyat üçün ən istedadlı və səriştəli həkimlərə müraciət etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, tibbin əsas qanunlarından biri pasiyentə zərər verməməkdir. Hər bir pasiyent əməliyyatdan öncə həkim məsləhəti almalı və üzünün korreksiyasını dəqiqləşdirməlidir. Bu zaman əsas kriteriyalardan biri də üz dərisinin vəziyyətidir. Bəzən üzün müəyyən bir hissəsində əməliyyat etmək lazım gəlir. Bu hissə isə alın, üzün orta nahiyəsi, boyun-çənəaltı nahiyə və s. ola bilir.

Endoskopik plastikanın(liftinq)faydası barədə mübahisə etməyə dəyməz. Bu əməliyyat zamanı endoskopik müdaxilə(1-2 santimetrdən böyük olmayan) edərək üz ağız boşluğu ətrafından yanlara və başın tüklü hissəsinə doğru dartılır. Nəticədə isə gəncləşmiş üz təbii və dəqiq gizgilərə malik bir üz kimi görünür. Bunun səbəbi isə dərini dartan zaman dərialtı yumşaq toxumanın da dartılmasıdır.
Endoskopik üz əməliyyatı qısa bir zamanda reablitasiya olunur. Bu əməliyyatdan sonra dəridə nəzərə çarpmayacaq kiçik çazpıq izi qalır, amma üz 5-10 yaş cavanlaşır.

Üzgərmə əməliyyatları arasında ən iri həcmli əməliyyat SMAS – liftinq əməliyyatıdır. Bu üsulla əməliyyat etdikdə üz dərisi əzələ tonusunu itirərək oval şəkil alır. Əməliyyat zamanı toxumalar(dəri, dərialtı hüceyrə toxuması,əzələ)dartılır və artıq hissələr kəsilib götürülür. Nəticədə gənc üz dərisinin gizgiləri meydana çıxır, işlənmiş dəri yumşaq olur, qırışlar və dəridə olan məsamələr aradan qalxır. Bu zaman qulaq seyvanının daxilindən, qulağın qabaq tərəfindən kəsik başlanır və saçların bitdiyi yerə qədər davam etdirilir. Buna görə də bu əməliyyat zamanı deməki olar ki, çapıq izi görünmür. Əməliyyatdan sonra ətrafdakılar pasiyentlərdə olan müsbət dəyişikliyə heyran qalırlar və əksər hallarda çapıq yeri olmadığına görə əməliyyatın baş verməsinə inanmırlar. Bu əməliyyat üzün 10-15 yaş cavanlaşmasına səbəb olur.

Xarici görünüşü dəyişdirməkdən qorxmayaraq keçmişlə vidalaşmaq bütün insanlara xoş duyğular bəxş edir.
Plastik üz əməliyyatlarına ən çox şou-biznes adamları müraciət edir. Bu əməliyyat sayəsində onlar yaşlarının çox olmasına baxmayaraq cavan görünürlər. Bu isə müasir texnologiyaların plastik cərrahiyədə yeni nəaliyyətlərə səbəb olmasının müsbət nəticəsidir.

Diqqət! Plastik cərraha müraciət edən zaman əməliyyatın əks göstərişləri ilə də tanış olmaq lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır