Stress kişilərdə hansı problemləri üzə çıxarır - Dr.Azer Bagirov
21 NOYABR
606

Stress kişilərdə hansı problemləri üzə çıxarır - Dr.Azer Bagirov

Kişilərdə sərtləşmə problemi – cinsi fəaliyyət əsnasında penisin kafi sərtliyə çata bilməməsi və ya sərtləşmənin kifayət qədər davam etməməsi vəziyyətidir. Xalq arasında iqtidarsızlıq olaraq adlanır Bu vəziyyət cinsi əlaqənin mümkün olmamasına səbəb ola bilər.

Sərtləşməmə halının problem kimi qəbul edilməsi üçün tesadüfi və ya bir dəfə olması yetərli deyildir. Penisdə cinsi əlaqəni mümkün qılacaq sərtləşmə olmamasının ən az 6 ay müddətində davam etməsi lazımdır. Problem bəzən cinsi əlaqə zamanı və bəzən də mastürbasiya zamanı baş verir.

Kişilərdə sərtləşmə problemi; Sevişmə əsnasında penisin heç sərtləşməməsi, kafi sərtliyə çata bilməməsi və ya vajina içindəykən erkəndən sönməsi şəklində görülməkdədir.

Kişilərdə sərtləşmə problemi, tibb ədəbiyyatında erektil disfunksiya, impotensiya (empotans) və ya ereksiya problemi olaraq fərqli adlar almaqdadır.

Ereksiya- penisin sertleşmesi ve ya durması anlamına gelir.

Yaş faktoru, sərtləşmə problemi yaşayanlarda əhəmiyyətli bir yer tutmaqdadır. 40 yaşdan yuxarı kişilərdə sertləşmə problemlərinin rast gəlinməsi artır.

Ereksiya, yəni sərtləşmə, sağlam bir penis və sinir sisteminin təbii-fizyolojik bir refleksidir. Penisin anatomik quruluşunda və ya sinir sistemində yaşanan hər hansı bir axsaqlıqda bu refleks zərər görə bilər.

Penisin normal sərtliyi necə olmalıdır?

İdeal olan, cinsi əlaqə əsnasında penisin vagina içərisinə asan bir şəkildə girə bilməsi və içəridə boşalma anına qədər sərtliyini qorumasıdır. Penis vaginaya daxil olduğu kimi qıvrılarsa, bu, kifayət qədər sərtlik olmadığı anlamına gəlir.

Kişilərin bəziləri qadın partnerin yuxarıda olduğu mövqedə sərtliyi davam etdirməmək problemi

yaşadıqlarını ifadə edirlər. Bu, performans anksiyete ilə bağlı bir vəziyyətdir (uğursuzluq narahatlıqlar).

Kişilərdəki sərtləşmə problemləri davamlı ( həyat boyu) ola biləcəyi kimi sonradan da ortaya çıxmış (qazanılmış) ola bilər. Müəyyən bir partnyora və ya bütün cinsi tərəfdaşlara (ümumi) qarşı ola bilər.

Digər tərəfdən, fiziki (üzvi) və ya psixoloji də ola bilər.

40 yaş altı kişilərdə görülən sərtləşməmə problemi böyük nisbətdə psixoloji təsirlərlə ortaya çıxmaqla bərabər, 40 yaş üstü kişilərdə görülmə səbəbi əksəriyyətlə həm fiziki (orqanik) həm də psixolojik faktorlara bağlı olur.

Müəllif: Uzm.Dr.Azer Bagirov 

Web: www.azerbagirov.az

Facebook: https://www.facebook.com/drazerbagirov

Əlaqə nömrəsi: (077) 563 55 40 ,(050) 309 40 47

E-mail: [email protected]

Ünvan: Atatürk pr.3087, EGO Psixonevroloji Sağlamlıq Mərkəzi  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır