İri sinə hansı fəsadlara yol aça bilər?
26 NOYABR
94

İri sinə hansı fəsadlara yol aça bilər?

Qadın süd vəziləri müxtəlif ölçüdə və formada olur. Amma bir  ortaq olan xüsusiyyəti var ki, bütün qadınların döşləri digər məməlilərlər müqayisədə böyük olur. Planetimizdə 5000-dən çox məməli heyvan yaşayır. Amma onların heç birinin süd vəzi insanınkı kimi böyük olmur. Bunun təkamülə bağlı olduğunu və ya bir anomaliya olduğunu isə dəqiq demək çətindir.
Əslində isə sinə ölçüsünün böyük olması qadınlar üçün ciddi təhlükə yaradır. 
Tibb.fins.az sizə iri döşün hansı fəsada yol aça biləcəyini açıqlayır. 
Məməli heyvanların süd vəziləri yalnız ovulyasiya və süd əmələ gələn vaxt böyüyür. Süd əmələ prosesi dayanan kimi süd vəziləri də kiçilir. İnsanda isə vəziyyət başqa cürdür. Sinə yetişkənlik dövründə böyüyür və demək olar ki eyni ölçüdə də qalır.
Qadınlarlarla digər məməli heyvanların süd vəzilərinin quruluşundakı əsas fərq piy toxumasının çox olmasıdır. Məhz piy onlara forma verir. Buna görə də, qadınlar kökələn və arıqlayan zaman döşlərin ölçüsü də dəyişir. 
Süd vəzi xərçəngi qadınlar arasında ən çox yayılan xərçəng növüdür. Hər il 1.5 milyon qadın bu xəstəlikdən dünyasını dəyişir. 
Alimlərin bildirdiklərinə görə, digər primatlar arasında xərçəngin bu növünə rastlanmır. Səbəbi isə insanın uzun müddət yaşaması ola bilər ki, digər primatlar bu qədər çox yaşamırlar. 
Həmçinin belə bir ehtimal da var ki, süd vəzi xərçəngi onu toxumasının quruluşu ilə əlaqəlidir. Xərçəngi xəstəliyi sürətlə bölünən və çoxalan toxumalarda daha  çox inkişaf edir. Bölünmə zamanı hüceyrələrin DNT-də olan defektlər xərçəngin meydana çıxmasına səbəb ola bilər. 
Buna görə də alimlər qadınları hər il mütəmadi olaraq USM və mamoqrafiya müayinələrindən keçməyi tövsiyyə edirlər. Çünki vaxtında aşkarlanan xərçəng qadının yaşama şansını kifayət qədər artırır.
 
©Medicina.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır