Böyrək Xərçəngi Müayinə və Müalicəsi - Dr. Araz Bayramov
27 NOYABR
283

Böyrək Xərçəngi Müayinə və Müalicəsi - Dr. Araz Bayramov

Böyrək Xərçəngi

Böyrəklər bədənimizin hər iki yanında, qarnın arxa hissəsində yerləşən və qanı süzmə vəzifəsi görən orqanlarımızdır. Böyrək xərçəngləri böyrəyin sidiyi emal edən hissəsinin (parenxima) xərçəngləri və sidiyin yığıldığı hovuzcuqdan (toplayıcı sistem) qaynaqlanan xərçənglər olaraq ikiyə ayrıla bilər.

Böyrək xərçəngləri böyrəyin sidiyi emal edən hissəsinin (parenxima) xərçəngləri və sidiyin yığıldığı hovuzcuqdan (toplayıcı sistem) qaynaqlanan xəsrçənglər olaraq ikiyə ayrıla bilər. Burada əvvəla parenxima xərçənglərindən daha sonra da toplayıcı sistem xərçənglərindən bəhs ediləcəkdir.
 
Böyrək parenxima xərçəngləri yetkin xərçənglərinin təxminən %3-ünü meydana gətirir. Kişi qadın nisbəti 2:1-dir və sıxlıqla 50-60 yaşlarında görülür. Doğuşdan olan bəzi böyrək xəstəlikləri (at nalı böyrək, polikistik böyrək xəstəliyi kimi) və bəzi sistematik xəstəlikləri (von Hippel-Lindau sindromu kimi ) olanlarda böyrək xərçənginin daha sıx görüldüyü bilinməktədir. Xroniki böyrək çatışmamazlığı olan xəstələrdə də daha sıx görüldüyü bildirilməktədir. Siqaret istifadəsinin böyrək xərçəngi yaranmasını artdırdığı dəqiq olaraq sübut edilmişdir. Əlavə olaraq ağrı kəsicilərin həddindən artıq istifadə edilməsinin də böyrək parankima xərçənginin yaranma riskini artdırdığı bildirilməktədir.

Böyrek xerçenginin DİAQNOZU :

Böyrək parenxima xərçəngi diaqnozunda klassik üçlü olaraq bilinən sidikdə gözlə görülə biləcək qanama, yan ağrısı və ələ gələn kütlə xəstələrin yalnız %10-15-ində görülür. Bir çox hadisə hərhansı bir səbəblə aparılan ultrasəs müayinəsi zamanı təsadüfən aşkarlanır.

Xəstələrin az bir hissəsi də metastazla bağlı şikayətlər səbəbi ilə müraciət edərək (məsələn ağ ciyər metastazında öksürük nəfəs darlığı, sümük metastazında sümük ağrısı və ya qırıq yaranması) bu formada da diaqnozu verilə bilməktədir. Görüntüləmə metodlarının sıx olaraq istifadəsi ilə təsadüfi diaqnozu qoyulan böyrək xərçənglərinin nisbəti getdikcə artmaqdadır.

Günümüzdə böyrək xərçənglərinin 3/4 -ünün təsadüfi olaraq diaqnoz edilir.

Bu nisbətin artması ultrasonoqrafiyanın “check-up” proqramlarında sıx olaraq istifadəsiylə bağlıdır. Bu səbəblə ilkin diaqnozu qoyulan xəstələrin nisbətində də artış olmaqdadır. Qarın ultrasonoqrafiyasında böyrəktə solid kütlə görülməsi böyrək parenxima xərçəngini düşündürməlidir. Ön diaqnozu qoyulan xəstələrin kompüterli tomoqrafiya (CT) vəya maqnetik rezonans (MRI) kimi daha irəli görüntüləmə metodlarıyla daha irəli səviyyədə dəyərləndirmələri mütləq edilməlidir.

Böyrək xərçəngləri ən çox ağ ciyərə metastaz edilə bilir. Daha az sıxlıqla qara ciyər, sümüklər, böyrək üstü vəzi, beyin və linfa düyümlərinə edilə bilər. Şiş diametri böyüdükcə, metastaz etmə riski də artmaqdadır. Həkim lazım gördüyü halda ağ ciyər qrafikləri, sümük sintiqrafiyası, pozitron emisiya tomoqrafiyası kimi incələmələr aparılmalıdır.

BÖYRƏK  XƏRÇƏNGLƏRİNİN MÜALİCƏSİ:

Böyrək xərçənginin primer müalicəsi, şişin cərrahi olaraq çıxarılmasıdır. Şişin böyüklüyünə və yerləşdiyi yerə görə ətrafındakı yağ toxuması, ehtiyac halında böyrək üstü vəzi  ilə birlikdə böyrəyin tamamilə çıxarılması (Radikal nefrektomiya) ən seçkin müalicə üsuludur. Illərdən bəri ənənəvi açıq cərrahiyyə ilə aparılan bu əməliyyatlar, günümüzdə standart laparoskopik vəya robot laparoskopik  üsulla edilə bilməktədir *. Bu üsulda xəstədəki yara izi açıq cərrahiyyə ilə müqayisədə çox daha kiçik olmaqdadır və qan itkisi çox az olmaqdadır, xəstələr əməliyyat sonrası günlük normal həyatlarına daha tez qovuşmaqdadırlar. Böyrəkdəki şişin diametri 4 sm vəya daha kiçikdirsə yalnız şişli hissənin alınması kifayətdir (parsiyel nefrektomiya-nefron qoruyucu cərrahiyyə).Normal böyrək toxumasının qorunaraq şişli hissənin alınması ənənəvi açıq cərrahiyyə ilə edilə biləcəyi kimi standart laparoskopik vəya robot laparoskopik yolla da edilə bilməktədir**. Şişin çox böyük olması, böyrək toplar damarında şiş trumbosunun olması kimi hallarda ənənəvi açıq Radikal nefrektomiya tətbiq edilməlidir. 

Böyrək xərçənginin müalicəsində ximioterapiya və radioterapiyanın yeri çox məhduddur. Ximioterapiyaya olduqca müqavimətli bu şiş üçün yeni yollar inkişaf etdirməkdə və kliniki istifadəyə verilməktədir. Radioterapiya isə yalnız metastatik lezyonların müalicəsində (sümük, beyin) faydalı olmaqdadır.

Dr. Araz Bayramov Cənubi Qafqazda ilk dəfə olaraq Laparoskopik Partial Nefektomiyanı klampajslz üsulla həyata keçirmişdir. Böyrəyi qoruyub saxlayaraq şişi xaric etməklə yeniliyə izma atmışdır.

Müəllif: Dr. Araz Bayramov

http://www.draraz.com/

https://www.facebook.com/uroloqandroloqdr.arazbayramov/

Fransa təhsilli Uroloq AndroloqDr. Araz Bayramovla görüş götürmək üçün:

Əlaqənömrəsi: (+99455) 255-55-45

Whatsapp : (+99450) 234 55 60

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır