Fəqərəarasi Disk Yırtıqları - Dr.Bəhruz Eyvazov
29 NOYABR
435

Fəqərəarasi Disk Yırtıqları - Dr.Bəhruz Eyvazov

Fəqərəarasi Disk Yırtıqları

Disk yırtığı-Dayaq hərəkət sistemin ən çox rast gəlinən xəstəliklərindən hesab olunur.Əsasən onurğanın yük daşıyan bölgələrində- bel sonra isə boyun nahiyyəsində rast gəlinir.Səbəbləri müxtəlif faktorlar ola bilər:Ağırlıq qaldırma.düzgün olmayan qamət,travma, əzələ korsetinin zəif inkişaf etməsi,artiq çəki ,yaşlanma ilə əlaqədar onurğadaki degenerativ dəyişikliklər və s.En çox 30 -60  yaşlarında daha çox kişilərdə rast gəlinir.

Disk yırtığının əmələ gəlmə mexanizm

Onurğa sütunu fəqərələrdən və onların arasında yerləşən  amartizator funksiyası yerinə yetirən disklərdən ibaretdir.Fəqərə arasi disk fibroz həlqədən və pulpoz nüvədən ibarətdir. 

Esas amartizator rolu oynayan jelatinəbənzər pulpoz nüvə sıx kollagen liflərdən təşkil olunmuş fibroz həlqə ilə əhatə olunmuşdur.yuxarıda qeyd olunan faktorlar səbəbinden pulpoz nüvədə degenerativ dəyişiklik əmələ gəlir.Bele ki jelatinebənzər pulpoz nüvə konsistensiyasını dəyişərək qığırdaq xarakteri alır və öz amartizator funksiyasını itirir.Beləliklə hər fəqərəarasi diskə düşən yük artdiqca fibroz həlqənin gəlirməsi əmələ gəlir .

Əvvəlcə protruziya dediyimiz qabarma əmələ gəlir.Bu hal davam edərse fibroz həlqənin yırtılması baş verir və qığırdaq halını  almış pulpoz nüvə onurğa kanalına doğru yerini dəyişərək sinirlərin sıxılmasına səbəb olur.Bu hala fəqərəarası disk yırtığı deyilir.Bəzən disk yırtığı bir kütlə şəkilində sərbəst çıxaraq onurğa kanalında bir neçə sinirləri sıxaraq daha ciddi simptomlara səbəb ola bilir ki bu halsekvestirasiya adlanir.

Disk yırtığının əlamətləri

Fəqərə arasi disk yırtığın simptomları yırtığın yeri,sinirin və onurğa beyinin sıxılmadərəcəsindən eləcə də onun ölçüsündən asılıdır. Fəqərə arası disk yırtığı sinirin vəya onurğa beyinin kompressiyasına səbəb olmursa onda boyunda və  belnahiyyəsində ağrı ola bilər  .Yırtığın onurğa beyinə və ya  sinirə təzyiqi varsa,təzahürləri arasında ağrı ,keylik, əzələlərdə zəiflik ,yerişin pozulması,çanaqüzvlərin funksıyasının pozulması aşkarlana bilər.Fəqərə arası disk yırtığınəlamətləri disklərin səviyyəsinə görə fərqli əlamətlər verə bilir. 

Yırtıqlar adətən bir tərəfdən çıxaraq siniri sıxdığı üçün  əlamətlər bir tərəfli olurlar.Boyun nahiyyəsində  müvafiq sinirin innervasiya etdiyi zonada ağrı və keylik,qollarda zəiflik ,gücün azalması,yırtıq böyük olarsa onurğa beyini sıxaraq qan dövranını pozub daha ciddi əlamətlər bütün ətraflarda zəiflik,keylik, yerişin pozulması, çanaq üzvlərin funksiyasının pozulmasi(sidik ifrazının və defekasiya aktının) verə bilir ki bu hal Servikal mielopatiya adlanir.Belə xəstələrin cərrahi əməliyyatdan sonra reabilitasiyasi da uzun çəkir.Bel nahiyyəsində isə müvafiq sinirin innervasiya etdiyi zonada ağrı və keylik (şəkil 4) ,ayaqda və ya pəncədə zəiflik ,yerişin pozulmasi ,yırtıq böyük olarsa bir neçə sinirin sıxılması ola bilir ki(cauda equina syndrome-at quyruğu sindromu) bu da sidik ifrazinin pozulmasi,hər iki ayaqda zəiflik ,pəncədə iflic ,cinsi zəiflik kimi hallara gətirib çıxarır.Ağrılar gecələr daha çox kəskinləşir .Xəstələr ağrıları azaltmaq ücün məcburi vəziyyət alırlar.Bəzən ağrılar səbəbindən yana doğru əyilirlər ki buna antalgik skalioz deyilir.

Diaqnostikasi

Fəqərə arasi disk yırtıqların diaqnozu MRT və KT müayinəsi ilə qoyulur.Müalicəsində  xəstənin elametleri üstünlük təşkil edir.

Müalicəsi

Fəqərə arası disk yırtıqların müalicəsi dərman ,fizioterapevtik və cərrahi yolladər. Dərman müalicəsində  steroid ve qeyri-steroid iltihab əleyhinə dərmanlar ,əzələ yumşaldıcılar,sinir keçiriciliyini yaxşılaşdıran dərmanlardan istifadə edilir.Əgər aparılmış  konservativ müalicələr 1 aya qədər effekt vermirsə onda cərrahi əməliyyat barəsində düşünmək lazımdır, Effekt verirsə fizioterapevtik proseduralar başlanmalıdır.Bəzi hallarda boyun nahiyyəsində servikal mielopatiya əlamətləri və bel nahiyyəsində cauda equina syndrome əmələ gələrsə cərrahi əməliyyatın təxirəsalınmaz olması məsləhətdir. Gecikdirilmiş cərrahi əməliyyat bəzi əlamətlərin sonradan qalması və reabilitasiya dövrünün uzun olmasına səbəb olur.Cərrahi müalicəsi mikroskopik  və endoskopik yolla icra edilir.En çox yayılmış Mikroskopik cərrahiyyədir. (mikrodiskektomiya) Bu əməliyyatdan bir gün sonra xəstə ayağa qaldırılıb gəzdirilir ,həmin gün və ya digər günü evə yazılır.(şəkil 5,6,7)  

Cərrahi əməliyyatdan sonra disk yırtığın yenidən əmələ gəlməsi(residivi) mümkündür.Bu səbəbdən xəstələrə orqanizdən aslı olaraq müyyən müddət qoruyucu rejim məsləhət görülür.

Müəllif:  Dr.Bəhruz Eyvazov

https://behruzeyvazov.com

Facebook: https://www.facebook.com/dr.behruzeyvazov/

Instagram: https://www.instagram.com/neyrocerrah_behruzeyvazov/

Youtube: https://www.youtube.com/user/MrEybel

Əlaqə nömrəsi:  (+99450) 466-36-46 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır