Böyrəkdə olan kistalar sizi qorxutmasın - OP.DR.Araz İbrahimov
29 NOYABR
811

Böyrəkdə olan kistalar sizi qorxutmasın - OP.DR.Araz İbrahimov

Müəllif: Op. Dr. Araz İbrahimov

Sosial: https://www.facebook.com/araz.ibrahimov.18

Əlaqə nömrəsi: (+99450) 355 44 30    

Böyrək kistaları böyrəkdə ən çox rastlanan patalogiyalardandır və yaş artdıqca insanlarda görülmə sıxlığı dahada çoxalır. Buna səbəb böyrəkdaxili kanalcıqların sayının çoxluğudur.Böyrəkdə kistalar çox vaxt təsadüfən müayinə zamanı aşkar olunur. 50 yaşdan yuxarı hər iki nəfərdən birində kistaya rast gəlinir.

Böyrəkdə kistalar cox zaman şikayət verməz,xəstədə hər hansı şikayətin olması kistanın böyükluyündən,yerləşmə yerindən,daxili strukturundan və həmçinin kistanın qonşu orqanlarla qarşılıqlı münasibətindən asılıdır. Misal olaraq böyrək alt qütb kistaları çox böyük ölçülərə çatmadan sidik axarına mexaniki təsir göstərərək böyrəkdə genişlənməyə və ağrıya səbəb ola bilər.

Bəsit kistaların insan həyatı üçün heçbir təhlükəsi olmadığı kimi,bəzi böyrək kistləri vardır ki, (Bosniak sinifləməsinə görə)hətta xərçəng olma riski vardır.Verdiyi şikayətlər(bel qarın bölgəsində ağrı və şişkinlik,Arterial təzyiqin yüksəlməsi,sidikdə qanın olması,ağırlaşdıqda temperaturun yüksəlməsi.

Böyrək kistalarının diaqnostikası USM,KT,MRT ilə asanlıqla qoyulur.

5sm və aşağı ölçüdə kistalara 6aylıq və illik təqib etməyi önəririk.Əgər kista 10 sm böyükdürsə və hər hansı bir ciddi şikayət verdikdə,iltihablandıqda müdaxiləyə gərək duyulur.Böyək kistalarının ən ön görülən müalicəsi Laparaskopik olaraq kistanın ləğvidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır