Mədədə təzyiqin artmasına təsir edən faktorlar - Dr.Fərid Rəfiev
29 NOYABR
398

Mədədə təzyiqin artmasına təsir edən faktorlar - Dr.Fərid Rəfiev

Müəllif: Op.Dr.Farid.Rafiev

PhD, Op. Dr. Farid Rafiev

https://www.facebook.com/drrafievfarid

Əlaqənömrəsi: (050) 235 74 55

Normada qida borusunun mədəyə keçdiyi yerdə qapaq mexanizmi mövcud olur və qida mədəyə daxil olan bu qapaq açılır, mədə dolu olan zaman isə qapanaraq qidanın və mədə mötəviyyatının geri qayıtmasına imkan vermir. Bu qapağa aşağı ezofagial sfinkterdə (qida borusu və mədəni ayıran qapaq) deyilir. Qapaq mexanizminin yetərsizliyi hallarda mədənin turş möhtəviyyatı qida borusuna keçir və onu zədələyərək iltihab törədir. Odur ki, mədə mötəviyyatının qida borusuna geri qayıtması və onu zədələməsi Qastroezofageal Reflüks Xəstəliyi (QERX) adlanır. QERX-in Səbəblər Qida borusu və mədəni ayıran qapağı təşkil edən əzələlərin tonusdan düşməsi və ya mədə daxilində təzyiqin artması mədə möhtəviyyatının geriyə - qida borusuna qayıtmasına səbəb olur.

Sfinkter (qapaq) əzələlərinin tonusdan düşməsinə aşağıdakı faktorlar təsir edə bilər:

- Hamiləlik

- Saya əzələ relaksantları adlanan dərmanların qəbulu (theophylline, kalsium kanalının blokatorları, Diazepam və s.)

- Nikotin, spirtli içkilər, kofe, şokalad, nanə, yağlı qidalar

Mədədə təzyiqin artmasına təsir edən faktorlar:

- Mədənin dolu olması

- Köklük

- Önə əyilmək

- Arxası üstə uzanmaq

- Ağır yük qaldırmaq

- Hamiləlik

- Nəzarət edilməyən obstrktiv agciyər xəstəlikləri QERX-in əlamətləri

- Döş sümüyünün arxasında yanğı hissi

- Udmanın çətinləşməsi

- Ağızda turş dad

- Bəzən ağızda turş dadalı suyun yığılması

- Döş sümüyünün arxasında ağrı

- Uzanan zaman töyşümə və ya öskürmə

- Yatan zaman tənəffüsün çətinləşməsi QERX diaqnozu necə qoyulur

Yuxarıda sadalanan şikayətləin olmasl ilkin diaqnozun qoyulması üçün əsas verir. Həkim sizə endoskopiya təklif edə bilər. Bununla həkim qida borusunda zədələnmənin olub-olmamasını müəyyən etmək istəyir. Sizə bəzi klinikalarda qida borusunda pH-ın (turşuluq səviyyəsinin) 24 saat monitorinqini təklif edilə bilərlər. Qida borusunun pH monitorinqi burundan qida borusuna ucunda pH-metr olan zond daxil etməklə və ya qida borusuna bir həb böyüklüyündə monitorun qoyulması ilə ölçülür. Qoyulmuş monitor ilk qida qəbulndan sonra mədəyə düşərək bağırsaqdan xaric olur. Barium vasitəsilə ezafoqram digər bir müayinə üsulu ola bilər. Bu zaman siz barium içəcəksiniz və həkim rentgen vasitəsilə qida borusunun vəziyyətini, qida borusuna mədədən reflüksun olub-olmamasını, mədənin ölçüsünü təyin edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır