Tromb bəzən ölümlə nəticələnən fəsadlar verə bilər - Dr. Vuqar Fəttah-Pur
29 NOYABR
284

Tromb bəzən ölümlə nəticələnən fəsadlar verə bilər - Dr. Vuqar Fəttah-Pur

Venaların trombozu - Bu xəstəliyi törədən başlıca səbəb vena divarlarının zədələnməsidir ki, bu da nəticədə iltihabi dəyişiliklər və damardaxili tromb əmələ gətirir. Venaların trombozuna adətən felebitlə (iltihab) birlikdə rast gəlinir. Buna görə də "tromboflebit" (qan laxtası və iltihab) termini xəstəliyin patogenezini düzgün əks etdirir. Tromboflebitlər ciddi xəstəlik olub, bəzən ölümlə nəticələnən fəsadlar verə bilər. Bəzən ahıl və kök adamlarda cərrahi müdaxilədən, qadınlarda doğumdan sonra baş verən sepsis, venaların varikoz genəlməsi zamanı da tromboflebit baş verir. Tromblar kiçik olduğu kimi bəzən böyüyərək venaların diametrini tamamilə tuta bilər. Müayinə zamanı trombda çoxlu miqdarda leykosit, limfosit və fibroblastlar olduğu aşkarlanır. Tromboflebit zamanı kiçik venalarda qan dövranı pozulmur. Lakin iri venalar (ayaq, bud, qoltuq venaları) zədələndikdə qan dövranında pozğunluq baş verir. Bu zaman venoz təzyiq artır və kiçik venalarda hiperemiya əmələ gəlir. Nəticədə ətrafda ödemin əmələ gəlməsinə səbəb olur.

Müəllif:  Dr. Vuqar Fəttah-Pur

www. http://fattahpur.com

Sosial: https://www.facebook.com/fattahpur/

https://www.instagram.com/dr_fattahpur

Əlaqə nömrəsi: +99455 302 01 11  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır