Plastik cərrahiyyəyə müraciət edən kişi və qadınların sayı hər il durmadan artır - Dr Rəşad Babayev
30 NOYABR
423

Plastik cərrahiyyəyə müraciət edən kişi və qadınların sayı hər il durmadan artır - Dr Rəşad Babayev

Plastik cərrahiyyə bütün dünyada cərrahiyyənin ən gəlirli sahəsidir. Plastik cərrahiyyəyə müraciət edən kişi və qadınların sayı hər il durmadan artır. Insanlar ozlərinə güvənmək üçün xarici görünüşlərini və itmiş gözəllikərini bərpa etmək məqsədilə plastik cərrahlara müraciət edir. Plastk əməliyyatlar bədənin görünən hissəsində aparılan estetik əməliyyatlardır.

Bu əməliyyatlar tibbi, sosial problemlər (əsasən məhşur şəxslər) və həyat fəaliyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. İnkişaf etmiş ölkələrin həkimləri daima öz üzərində işləyir və plastik cərrahiyyənin inkişaf etməsi üçün yeni metodlar kəşf edirlər. Onlar kosmetik çatışmazlıqları aradan qalııdırmaq üçün yeni üsullar araşdırırb tapırlar. Plastik cərrahi əməliyyatlar zamanı maksimum effekt və təhlükəsizlik əldə etmək üçün isə müasir anesteziologiyadan istifadə olunur.

Bu zaman ağrı və psixoemosional diskomfort hissi olmur, daxili orqanlar və sinir sistemi minimal dərəcədə zədələnir. Anesteziologiyanın tarixi (anaesthesia – yun. hissiyyatsızlıq) Parasels dövründən başlanıb. XVI əsrdə xüsusi spirt qarışımı tərkibinə malik, xüsusi iyi olan efirdən isifadə edilərək xəstələr anesteziya edilib. İlk dəfə ağrı və əzabı azaltmaq üçün efiri Parasels kəşf edib. Uç yüz il sonra 1842-ci ildə ilk dəfə Amerikada alangetik məqsədilə xəstəyə narkoz verilib. Rusiyada isə ilk dəfə narkozu cərrah Piroqov yaralıların ağrılarını azaltmaq üçün istifadə edib. Anesteziya insanın ağrı hiss etməməsi üçün sinirlərinin “blok” edilməsidir. Ağrısızlaşma xüsusi dərmanların sinirlərə təsir etməyə başladığı zaman baş verir.

Anesteziya məqsədilə müxtəlif dərman preparatlarından istifadə edilir. Anesteziya cərrahi əməliyyatın növündən asılı olaraq yerli və ümumi olur. Bu zaman xəstə yuxu halında olur və heç bir ağrı hiss etmir. Ağrıkəsicilərin müxtəlif növləri mövcüddur. Yerli keyləşdirmə məqsədilə əməliyyat ediləcək nahiyəyə ağrıkəsici krem sürtülür. Krem dərinin ölçüsünə uyğun olaraq tətbiq edilir. Bu növ anesteziya(infiltrasion) əsasən üz dərisinin xüsusi saplarla dartılması zamanı, gözaltı və gözüstü toxumanın dartılmasında, artıq dərinin götürülməsi zamanı tətbiq edilir. Epidural və onurğadan tətbiq edilən anesteziya epidural nahiyəyə və ya onurğa beyinə iynə vurmaqla həyata keçirilir. Bu anesteziya zamanı bədənin müəyyən bir hissəsində ağrısızlaşma baş verir. Belə anesteziya əsasən doğuş, elektron lipomodelləşmə, zədələnmiş varikoz damarların xaric edilməsi zamanı tətbiq edilir.

Ümumi anesteziya müxtəlif cür olur: dərman preparatının venaya yeridilməsi, kombinəedilmiş ümumi inholyasiya(qaz tərkibli maddələrlə narkoz) və xüsusi preparatlar vasitəsilə (bu əməliyyatın növündən asılı olaraq yerli və ümumi ola bilir). Anesteziya məqsədilə tətbiq edilən ağrıkəsici preparatlar analgetik (ağrıklləsici), sedativ (yuxugətirici, həyəcanı aradan qaldıran) təsirə malik olur. Döş vəzini böyüdülməsi, yuxarı qaldırılması və ya kiçildilməsi (mammoplastika), abdominoplastika (qarını ön tərəfindən piy toxumasının xaric edilməsi), üz dərisinin lazer vasitəsilə təmizlənməsi zamanı isə ümumi anesteziologiya tətbiq edilir.

Planlaşdırılmış əməliyyat zaman həkim xəstənin vəziyyətinə və əməliyyatın növünə əsasən hansı anesteziyadan istifadə etmək lazım olduğunu qabaqcadan müəyyən edir. Bir çox xəstəxanalarda anesteziya zamanı narkotik maddələrin tətbiq edilməsindən uzaq dururlar. Planlı əməliyyat zamanı xəstənin ağrısızlaşması, narkoz zamanı xoşagəlməz halların baş verməsi, ürəkbulanma, qusma nəzarət altına alınır. Bəzi hallarda anesteziya zamanı sayiqlamalar və halyusinasiyalara da rast gəlinir. Müasir əməliyyatlar zamanı anesteziyanın pasiyentin sinir sisteminə və əqli fəaliyyətinə məngi təsir etməsinin qarşısı alınır.

Müəllif: Dr Rəşad Babayev

https://www.facebook.com/doctorbabayev

https://plastikcerrahiyye.az

Əlaqə nömrəsi: (050) 333 30 10 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır